Şrift:
Google Earthdan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik
28.09.2013 [12:57] - Xəbərlər, Gündəm
Proqrama yeni daxil edilən Xankəndi və Şuşa şəhərləri separatçı rejimin ərazisi kimi təqdim edilir
Azərbaycan "Google Earth" proqramı Azərbaycanın işğal altında olan torpaqlarını Ermənistan ərazisi kimi göstərməkdə davam edir.Artıq proqrama Xankəndi və Şuşa şəhərləri də daxil edilib. Acınacaqlı hal odur ki, proqramda Xankəndi şəhəri qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı kimi təqdim olunur. Şuşa şəhəri də erməni şəhəri kimi göstərilir.

Proqramda şəhərlər şəkillər və interaktiv şəkildə nümayiş etdirilir. Ermənilər Azərbaycanın işğal altında olan ərazilərinə aid saxta şəkillər yükləyərək ərazilərin erməni torpaqları təsiri bağışlamasına çalışırlar. Çox təəssüf ki, bədnam qonşularımızın cəhdi uğurlu alınır. Həmin sayt özəl olduğu üçün orda istənilən şəxsin daxil olaraq şəkil, xəritə yerləşdirmək imkanı var. Təəssüf ki, ermənilər bu məsələdə passivlik göstərməyimizdən istifadə edərək vəziyyəti öz xeyirlərinə dəyişə biliblər.

Dövlət Torpaq Xəritəçəkmə Komitəsi məsələylə bağlı “Google”a rəsmi etiraz məktubu göndərsə də eyni mənzərə təkrarlanmaqdadır.

Qeyd edək ki, "Google Earth" proqramı vasitəsilə dünyanın istənilən nöqtəsinə virtual səyahət etmək mümkündür. Eyni zamanda sayt vasitəsilə planetin istənilən nöqtəsində olan ərazilərə, yaxud onlarla bağlı fotolara baxmaq olur.
xatırladaq ki,keçən il "Google Earth" bütövlükdə qarbağ və Güney Azərbaycanın bir hissəsini Qarabağ Erməni respublikası olaraq təqdim etmişdi lakin Milli Dirçəliş Hərəkatı Partiyası Güney azərbaycan Departamentinin təşəbüsüilə güneyli soydaşlarımız Amerikada "Google Earth"ın mərkəzi ofisinə bu məsələilə əlaqədar öz etirazını bildirmişdi və "Google Earth" güneyli soydaşlarımızın məlumatından yararlanaraq dərhal öz proqramında Azərbaycan respublikasının ərazi bütövlüyünü əks etdirən proqramı öz saytına yerləşdirmişdir.
Görünür erməni lobisi "Google Earth" sytına girişin sərbəs olduqundan su istifadə edərək təxribtlarını davm edir.
Bu xəbər oxucular tərəfindən 1527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed