Şrift:
Nyu-Yorkda İran və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
30.09.2013 [12:16] - Siyasət
İran və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib.



İran mətbuatının məlumatına görə, görüş BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 68-ci sessiyası çərçivəsində baş tutub.



Məhəmməd Cavad Zərif və Edvard Nalbandyan ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə ediblər.



Qeyd edək ki, İran XİN rəhbəri həmçinin Suriya, Argentina, Yəmən, Qırğızıstan, Şri-Lanka və Norveçdən olan həmkarları ilə görüşüb fikir mübadiləsi aparıb. Məhəmməd Cavad Zərif İrana oktyabrın 7-də qayıdacaq.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed