01.10.2013 [11:16] - İdman
Bu gün mötəbər turnirdə E, F, G və H qruplarının komandaları meydana çıxacaqlarŞriftin ölçüsü: 01.10.2013 09:16 | 9 dəfə oxunub
Bu qrupların üçündə ilk turu qələbə ilə başa vuran klublar üz-üzə gələcək. E qrupunda “Bazel” və “Şalke”, F qrupunda “Arsenal”la “Napoli”, G qrupunda “Atletiko” ilə “Porto” arasında dueli maraq doğurur. Bundan başqa, ilk qarşlaşmada “Bazel”ə yenilən “Çelsi” bu dəfə səfərdə “Styaua” ilə qüvvəsini sınayacaq. Ötən mövsümün finalçısı Dortmund “Borussiya”sı ilk turda Neapol səfərindən məğlub ayrılıb. Yurgen Klopun yetirmələrinin bu dəfəki rəqibi isə “Marsel”dir. G qrupunda “Porto” – “Atletiko” oyunu ilə yanaşı azarkeşlər “Zenit” – “Austriya” qarşılaşmasını da izləyəcək. H qrupunda isə “Barselona”nı Şotlandiya səfəri gözləyir. İlk turda uduzmasına baxmayaraq, “Seltik”in ispaniyalılara başağrısı olması istisna deyil. Qrupun digər görüşündə “Ayaks” və “Milan” klubları münasibətlərinə aydınlıq gətirəcək.
Türkiyənin Qalatasaray” klubu isə meydana sabah çıxacaq. İlk matçında doğma meydanda uğursuzluqla üzləşən istanbullular “Real” məğlubiyyətini İtaliyada unutdurmağa çalışacaqlar. “Yuventus”la görüşdə də xalsız qalacağı halda, “Cim-Bom” 1/8 final arzularına böyük zərbə vuracaq.
İlk oyun günündə olduğu kimi, A, B, C və D qruplarında qarşılaşmaların baş tutacağı oktyabrın 2-də də liderlərin iştirakı ilə 3 duel olacaq. “Şaxtyor” - “Mançester Yunayted”, “Mançester Siti” – “Bavariya” və PSJ – “Benfika” görüşlərində tərəflərdən biri 2-ci qələbəsini qazanmaqla, vahid lider olmaq imkanına malikdir.
Çempionlar Liqası
II tur
1 oktyabr
E qrupu
23:45. “Styaua” (Rumıniya) - “Çelsi” (İngiltərə)
23:45. “Bazel” (İsveçrə)- “Şalke” (Almaniya)
F qrupu
23:45. “Borussiya” (Dortmund, Almaniya) - “Marsel” (Fransa)
23:45. “Arsenal” (İngiltərə) - “Napoli” (İtaliya)
G qrupu
21:00. "Zenit" (Rusiya) – "Austriya" (Avstriya)
23:45. "Porto" (Portuqaliya) - "Atletiko" (İspaniya)
H qrupu
23:45. “Ayaks” (Hollandiya) - “Milan” (İtaliya)
23:45. “Seltik” (Şotlandiya) - “Barselona” (İspaniya)
2 oktyabr
A qrupu
23:45. "Şaxtyor" (Ukrayna) - "Mançester Yunayted" (İngiltərə)
23:45. "Bayer" (Almaniya) - "Real Sosyedad" (İspaniya)
B qrupu
23:45. “Real” (İspaniya) - “Kopenhagen” (Danimarka)
23:45. “Yuventus” (İtaliya) - “Qalatasaray” (Türkiyə)
C qrupu
23:45. “Anderlext” (Belçika) - “Olimpiakos” (Yunanıstan)
23:45. PSJ (Fransa) - “Benfika” (Portuqaliya)
D qrupu
21:00. MOİK (Rusiya) – "Viktoriya" (Çexiya)
23:45. “Mançester Siti” (İngiltərə)– “Bavariya” (Almaniya)
.

Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |