22.09.2011 [12:32] - Gündəm
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 66-cı sessiyasının ümumi müzakirələrində iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilk görüş Uruqvayın xarici işlər naziri Luis Almaqro ilə olub. Görüş zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı durumu və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Cənubi Qafqaz regionu, Azərbaycan Respublikasının regionda rolu, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon da daxil olmaqla ərazisinin 20 faizinin işğal edildiyi, onun apardığı etnik təmizləmə nəticəsində bir milyonadək azərbaycanlı qaçqın və məcburi köçkünün olduğu, münaqişə ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi qətnamələr, ATƏT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar, habelə münaqişənin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barədə Uruqvayın xarici işlər nazirinə ətraflı məlumat verib.
Uruqvayın xarici işlər naziri Uruqvay tərəfinin də Azərbaycan Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu bildirib. O, Uruqvayın beynəlxalq hüququn norma və prinsiplərinə önəm verdiyini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də beynəlxalq hüquqa uyğun olaraq həll olunmasının tərəfdarı olduğunu vurğulayıb. L. Almaqro Uruqvay dövlətinin ədalətli mövqe tutması üçün məsələnin dərindən öyrənilməsində maraqlı olduğunu və hərtərəfli məlumat əldə edilməsinin vacib olduğunu qeyd edib. Bununla əlaqədar olaraq iki ölkənin xarici işlər nazirlikləri arasında məsləhətləşmələrin aparılması məqsədi ilə qarşılıqlı səfərlər mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Sonra Nazir E.Məmmədyarov ABŞ prezidenti B.Obamanın təşəbbüsü ilə təşkil edilmiş Açıq Hökumət Tərəfdaşlığı görüşündə iştirak edib.
XİN başçısı həmçinin Palaunun Prezidenti Conson Toribionq, Trinidad və Tobaqonun xarici işlər naziri Suracrattan Rambaçan və Kolumbiyanın xarici işlər naziri Maria Ancela Holguin ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Kolumbiya xarici işlər naziri ilə görüş zamani Azərbaycan Respublikası hökuməti və Kolumbiya Respublikası hökuməti arasında diplomatik, rəsmi və xidməti pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Kolumbiya Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılması haqqında anlaşma memorandumu imzalanıb.

Bu xəbər oxucular tərəfindən 1041 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |