Şrift:
Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında iştirak edəcəklər
23.11.2011 [10:59] - Türk dünyası-Turan
Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında iştirak etmək üçün noyabrın 23-də Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə “Birgə Qorqud Proqramı”nın layihəsi, o cümlədən türk xalqlarının mədəniyyət, elm-təhsil, texnologiya sahələrində əməkdaşlığının təşviqi ilə bağlı müzakirələr aparılacaq.

Azərbaycanlı deputatlar müzakirə olunacaq məsələlərə dair öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər. Səfər noyabrın 27-də başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 1198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed