Şrift:
Azərbaycanda bu ilin 9 ayı ərzində korrupsiya ilə bağlı 21 iş üzrə cinayət işi başlanılıb
01.10.2013 [12:03] - Sosial, Hüquq
Bu ilin ilk 9 ayında Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə 3853 müraciət daxil olub.


Bunu baş prokuror Zakir Qaralov deyib.



Baş Prokuror bildirib ki, idarədə araşdırılmış 302 müraciətdən 21-i üzrə cinayət işi başlanılıb.



Bundan başqa, cari ilin 9 ayı ərzində idarə tərəfindən rüşvətlə bağlı, vəzifədən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya ilə bağlı digər faktlar üzrə 251 şəxs barəsində 138 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.



Cari ilin ötən dövrü ərzində idarə tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı 31 şəxs cinayət başında yaxalanmaqla barələrində 23 cinayət işi başlanılıb.



İstintaq dövründə fiziki və hüquqi şəxslərə vurulmuş 14.0 milyon 500.0 min manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.
Bu xəbər oxucular tərəfindən 1505 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed