Şrift:
Ermənilər özləri öz qurduqları tələyə düşdülər
01.10.2013 [13:12] - Xəbərlər
Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyevin son bəyanatı bədnam qonşularımız üçün "soyuq duş effekti" yaradıb
Region Ermənilər öz qurduqları tələyə özləri düşüblər. 1992-ci ildə yaradılan və dəfələrlə Dağlıq Qarabağ münaqişəsində Ermənistanın lehinə bəyanatlar verən Kollektiv Təhlükəsizlıik Müqaviləsi Təşkilatı (KTMT) deyəsən mövqeyini dəyişməkdədir.
Serj Sarkisyanın bir heçə gün öncə KTMT Təhlükəsizlik Şurasının sessiyasında çıxışı zamanı quruma üzv bəzi ölkələri tənqid etməsindən sonra növbəti dəfə KTMT-nin öhdəliyi məsələsi gündəmə gətirilib.

KTMT-nin Analitik Assosiasiyasının "KTMT və Avrasiyanın təhlüküsəsizliyi" mövzusunda hesabatının təqdimat mərasimində erməni jurnalist Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələni qabardıb. Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru Sergey Mixeyev jurnalistin Dağlıq Qarabağa hücum olacağı təqdirdə KTMT-nin Ermənistana hərbi yardım edib-etməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Sergey Mixeyev bildirib ki, Dağlıq Qarabağ "müstəqil respublika" kimi təqdim edildiyindən bu əraziyə Azərbaycan tərəfindən hücum olacağı təqdirdə KTMT-nin Ermənistana hərbi köməyi hüquqi cəhətdən düzgün olmaz.

Xatırladaq ki, Ermənistan prezidenti bir neçə gün bundan əvvəl Moskvada yekunlaşan KTMT-nın Kollektiv Təhlükəsilik Şurasının sessiyasında çıxış edərkən Azərbaycanı ittiham etmişdi.

Serj Sarkisyan təşkilatın bəzi ölkələrinin Azərbaycanın təsiri ilə müttəfiqliyə zidd addımlar atdığını bilidirib.
Bu xəbər oxucular tərəfindən 750 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed