01.10.2013 [14:39] - Hərb
Ölkədə səfərbərlik və hərbi xidmətə çağırış sistemində vətəndaşların işini asanlaşdırmaq üçün 4 yeni elektron xidmətin tətbiqi planlaşdırılır. Bu xidmət növü hərbi xidmətə keçmə haqqında arayışın verilməsi üçün müraciət və sənədlərin qəbulunu həyata keçirəcək. Vətəndaşlar bu elektron xidmətlər vasitəsi ilə vaxt itirmədən fərdi şəkildə internetə daxil olaraq sənəd qəbulu işini gerçəkləşdirə biləcəklər. Yeni sistem eyni zamanda, hərbi xidmətə yollanan gəncə hansı ərazidə xidmət keçəcəyi haqqında məlumat əldə etmək imkanı verəcək. Yeni xidmətin tətbiqi hərbi xidmətə hazırlaşan gənclər, eləcə də, onların valideynləri tərəfindən müsbət qarşılanıb.
Silahlı Qüvvələrin Veteranları İctimai Birliyinin sədri Daşdəmir Əliyevin sözlərinə görə, dünyanın qabaqcıl ölkələrində bu proses çoxdan həyata keçirilib. Hərbi xidmətə çağırış sitemində elektron xidmətin tətbiqi bir çox problemləri aradan qaldıra bilər.
Elektron xidmət hətta hərbi biletini itirmiş vətəndaşlara onu yeniləmək, arxiv arayışlarını idarəyə getmədən əldə etmək imkanını qazandıracaq.

Bu xəbər oxucular tərəfindən 629 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |