Şrift:
Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən əcnəbilərə güzəştlər ediləcək
02.10.2013 [10:20] - Sosial
Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən əcnəbilərə təqdim edəcəkləri sənədlərlə bağlı güzəştlər olunur.


Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 35-ci maddəsinə dəyişikliklər təklif olunur.



Dəyişiklik layihəsinə əsasən, sürücülük vəsiqəsi almaq istəyən əcnəbilər ölkədə əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə deyil, şəxsiyyətini təsdiq edən istənilən sənədi təqdim edə biləcək.



Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed