03.10.2013 [11:45] - Gündəm, Güney Azərbaycan xəbərləri, Fərəc Quliyev
Azərbaycanın ən böyük dərdi Vətənimizin - xalqımızın hələ də bölünmüş vəziyyətdə olmasıdır. Heç şübhəsiz ki, Vətənimizin bütövlüyü həm də torpaqlarımıza uzanan əllərin birdəfəlik kəsilməsinə səbəb olacaq. Bütöv Azərbaycan – təhlükəsiz və qüdrətli Azərbaycan deməkdir. Azərbaycan xalqının böyük öndəri Əbülfəz Elçibəy “Şuşaya yol Təbrizdən keçir” deyəndə məhs bu konsepsiyanı ortaya qoyurdu. Bütöv Azərbaycan- həm də Türk Birliyinin yaranmasında ən vacib şərtdir.
Bunlardan əlavə Azərbaycan xalqının əsas hissəsini təşkil edən 40 milyona yaxın Güney Azərbaycan Türkləri İran adlanan ölkədə fars molla rejiminin zülmü altındadırlar. Onların ən kiçik milli-mədəni haqqları belə tanınmır. Nəticədə Güneydə Milli Azadlıq Hərəkatı baş qaldırmışdır ki, bu hərəkatı da molla rejimi amansızlıqla yatırmağa çalışır. Milli-mədəni haqlarını tələb etdiklərinə görə soydaşlarımızın kütləvi həpsləri, edamları və təqib olunduqları üçün ölkəni tərk etmə məcburiyyətində qalmalrı halları günü-gündən artmaqdadır. İran adlanan dövləti tərk edən soydaşlarımızın böyük əksəriyyəti Quzey Azərbaycana üz tuturlar. Lakin, Azərbaycan Respublakısına öz dövlətləri kimi üz tutan soydaşlarımız burda heç də dövlət qayğısı ilə qarşılanmırlar. Düzdür, xalq onları bağrına basır. Amma nəinki rəsmi qurumlar, hətda dünya azərbaycanlıları ilə mütəmadi çalışan qeyri hökumət təşkilatları və millət vəkilləri belə, mühacir güneylilərin həyatlarına qarşı biganəlik göstərirlər.
Belə bir durumda, millət vəkili Fərəc Quliyevin Milli Məclisdə güneyli soydaşlarımıza xüsusi imtiyazların və sosial yardımın verilməsi ilə bağlı məslə qaldırması, molla rejimi tərəfindən nə qədər qıcıqla qarşılandısa, mühacir soydaşlarımız üçün bir o qədər ümidverici oldu. Millət vəkili 28.10.2011-ci il tarixdə Milli Məclisdə “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun muzakirəsində güneyli soydaşlarımıza da imtiyazlarla bağlı təklif irəli sürdü. F. Quliyev Təklif etdi ki, 3-cü maddəyə belə bir əlavə edilsin: “Bu qanun Azərbaycana mühacirət etmiş bütün Azərbaycan Türklərinə istisnasız şamil olunsun”. O, fikrini belə əsaslandırdı: “Heç kimə sirr deyil ki, Güney Azərbaycandan buraya gəlmiş insanların demək olar, hamısı ağır vəziyyətdədir. Onlara sahib cıxmaq, yardım etmək bizim borcumuzdur. Dünya Azərbaycanlılarının Qurultayında Azərbaycan Prezidentinin “Azərbaycan 50 milyonluq azərbaycanlıların vətənidir” ifadəsi millətə sahib çıxılmasında ciddi siyasi iradədir.
Maddə 3-ə bu əlavənin olunmasına maddə 2-nin və maddə 5-in muddəaları da imkan verir. Maddə 2-də deyilir: “Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir”.
5-ci maddədə sosial xidmət sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi–insan hüquq və azadlıqlarına riayət olunması, humanizm, məxfilik, ədalətlilik və əlçatanlıq kimi prinsiplər əsas götürülür. Bu prinsipləri, yuxarıda göstərdiyimiz siyasi-iradəni nəzərə alaraq “Bu qanun Azərbaycana mühacirət etmiş bütün Azərbaycan Türklərinə istinasız şamil edilir” ifadəsinin maddə 3-ə əlavə olunmasını təklif edirəm.
Biz Milli Doktrinamızda dünyanın hər yerində yaşayan Azərbaycan Türkləri ilə Azərbaycan dövləti arasında qarşılıqlı himayə mexanizmini təsbit etməliyik. Bu gün sözügedən detal-qanuna əlavə məhz həmin qarşılıqlı himayə strategiyasının ciddi təməllərindən biri olar. Güney Azərbaycandan bura mühacirət etmiş insanlara özləri ayaqüstə durana qədər minimum həyat şəraiti yaratmaq cox vacibdir. Bu insanlar çox çətin vəziyyətdə küçələrdə qalmamalıdırlar. Onlar buranı Vətən bilməsələr sığınmazlar. Bu insanlar həmişə Azərbaycana–öz Vətənlərinə təkcə sığınacaq kimi gəlməyiblər, axı. Qarabağ savaşında Güneyli soydaşlarımız bizimlə çiyin-çiyinə erməni isğalçılarına qarşı döyüşlərdə iştirak edirdilər. Onlar Vətənə sahib çıxmağı bacaran insanlardılar. Azərbaycan da Vətən olaraq onlara sahib çıxmalıdır.”
F. Quliyev həmin çıxışında mühacir soydaşlarımız üçün müvəqqəti yaşayış düşərgələrinin salınmasını da təklif etdi və bunun inkişaf etmiş ölkələrin təcrübəsində olduğunu vurğuladı: “Dünyanın inkişaf etmiş ölkələrində anoloji yanaşmalar var. Avropa ölkələrində oraya mühacirət edənləri xüsusi düşərgələrdə yerləsdirmək, sosial xidmətin təşkili-bir örnəkdir. Biz öz soydaşlarımıza bu yanaşmanı sevə-sevə niyə tətbiq etməyək ki?!”
F. Quliyevin bu təklifi, onun sədri olduğu Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən gündəmdə saxlanıldı və davamlı olaraq müvafiq orqanlar qarşısında qaldırıldı.
Yeri gəlmişkən sözügedən partiya Azərbaycanda yeganə siyası qurumdur ki, Güney Azərbaycan siyasəti partiyanın məramnaməsində əsas hədəflərdən biridir və bu istiqamətdə partiyanın icra strukturu fəaliyyət göstərir. MDHP-nın Güney Azərbaycan Departamenti Güney Azərbaycanda yaşayan soydaşlarımızın bütün problemlərini planlı şəkildə gündəmdə saxlayır və bu istiqamətdə tədbirlər təşkil edərək ölkəmizin və dünya ictimaiətinin diqqətini ora yönəltməyə çalışır, həmçinin güneyli mühacir soydaşlarımızla davamlı əlaqələr yaradır, onların problemləri ilə maraqlanır və Güney Azərbaycan xəbərləri ilə bağlı “Təbriz” adlı qəzet nəşr etdirir.
Bütün bu fəaliyyəti nəticəsində Fərəc Quliyev xalq arasında Bütöv Azərbaycanın millət vəkili adlandırılır. Hətda, bir çox rəsmi tədbirlərdə belə F. Quliyev belə təqdim olunur.
Ömrünün əsas hissəsini Azərbaycanın azadlığına və bütövlüyünə həsr etmiş, Bütöv Azərbaycanın millət vəkili F. Quliyev bu il ölkəmizdə keçirilən prezident seçkilərinə qatılıb. O, müstəqillik qazandıqdan sonra ölkəmizdə ikinci dəfə dalğalanan millətçi-çağdaş düşüncənin namizədi olmaqla bərabər, Azərbaycan Respublikası üçün keçirilən seçkilərdə güneylilərin də namizədidir. F. Quliyev sözdə yox, öz əməlləri ilə göstərmişdir ki, seçiləcəyi təqdirdə o Bütöv Azərbaycanın prezidenti olacaq!
BU MİLLƏT YENİLMƏZ...!!! VİDEO İZLƏYİN...
Milli Dirçəliş Hərəkatı Partiyası
Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1405 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |