03.10.2013 [13:32] - Türk dünyası-Turan
Türkmənistan yaxın iki il ərzində Türkiyənin «Dearsan» şirkəti ilə birgə daha 6 ədəd gözətçi gəmisi inşa etməyi planlaşdırır.
Türkiyədəki mənbələrdən əldə etdiyi məlumata görə, yeni gəmilər «Tuzla» layihəli standart gözətçi gəmilərindən bəzi xüsusiyyətlərinə, özəlliklə radar və silah sisteminə görə fərqlənəcək.
Yaxın vaxtlarda Türkmənistana təhvil verilmiş 2 gəminin sınaqları tamamlanaraq, silahlanmaya qəbul olunacaq. Bununla Türkmənistan Hərbi Dəniz Qüvvələrinin silahlanmasındakı «Tuzla» layihəli gəmilərin sayı 4 olacaq.
Türkmənistan gəmiləri Rusiyadan aldığı «Uran-E» raket-zərbə kompleksləri ilə silahlandıracaq. Artıq Rusiyanın Taktik Raket Silahları Korporasiyası Aşqabadın sifariş verdiyi «Uran-E» komplekslərinin ilk partiyasının çatdırılmasını tamamlayıb.
Qeyd edək ki, Türkmənistanın sifariş verdiyi «Tuzla» layihəli Yeni Tip Gözətçi Gəmilərinin uzunluğu 56.9 metr, eni 8.9 metr, sürəti 27 dəniz milidir. Gəmi birbaşa 1300 dəniz mili məsafəyə hərəkət etmə qabiliyyətinə malikdir. Türkmənistan gəmiləri Türkiyənin eyni layihəli gəmilərindən fərqli olaraq «Thales Scout 2B» hava axtarış radarı və ASELSAN şirkətinin istehsalı olan 25 mm çaplı STOP adlı stabilləşdirilmiş uzaqdan komandalı silah platforması ilə təchiz olunub.

Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |