04.10.2013 [17:12] - Gündəm, Siyasət
Bu gün Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistan prezidenti Serj Sarkisyanın oktyabrın 2-də assambleyadakı çıxışı və onun Azərbaycana qarşı söylədiyi böhtanlarla bağlı AŞPA-nın 20 deputatının imzası ilə yazılı bəyanat qəbul edilib və Assambleya üzvləri arasında paylanılıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səmnəd Seyidovun təşəbbüsü ilə hazırlanmış bu bəyanatı azərbaycanlı deputatlardan başqa, AŞPA-da təmsil olunan digər ölkələrin deputatları da imzalayıblar.
Bəyanatda deyilir: “Ermənistan prezidenti Serj Sarkisyan2013-cü il oktyabrın 2-də AŞPA-da çıxış edərək bunları deyib: “Biz Türkiyəyə qarşı heç vaxt ərazi iddiaları irəli sürməmişik. Əgər siz bu istiqamətdə hər hansı bir çıxış və bəyanatı tapıb mənə göstərə bilsəniz, o zaman mən sizdən üzr istəməyə hazıram…” Bununla bağlı Ermənistan prezidentinin çoxsaylı bəyanatlar arasında sadəcə 23 iyul 2011-ci il tarixdə Ermənistanda Tsaqkadzor şagirdləri ilə görüş zamanı edilmiş bəyanatını nəzərinizə çatdırmaq istərdik. Bir şagirdin cənab Sarkisyana bir gün Qərbi Ermənistanın və Ararat dağının Ermənistana birləşməsi haqda ünvanladığı sualına Serj Sarkisyan belə cavab verib: “Bu, sizin kimi gənc nəsildən və sizdən asılıdır. Hesab edirəm ki, mənim təmsil olunduğum nəsil üzərinə düşən işi yerinə yetirib. 1990-cı illərin əvvəllərində bizim milli ərazilərimizin bir parçası olan Qarabağı düşməndən müdafiəsinə ehtiyac olduğu bir vaxtda, biz bunu etdik” (asbarez.com, panarmenian.net). Onun gənclərə verdiyi cavabı Türkiyə və Azərbaycana qarşı hansı ərazi iddialarında olduğunu aydın şəkildə göstərir. Dağlıq Qarabağ bölgəsi və Ağrıdağ (Ararat) dağı Azərbaycan və Türkiyə ərazilərinin tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınmış əraziləridir. Bu baxımdan biz Ermənistan prezidentini verdiyi sözə əməl etməyə və Parlament Assambleyasının auditoriyasına səhv məlumat verdiyi üçün onu üzr istəməyə çağırırıq”.

Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |