Şrift:
Netanyahu Ruhaniyə səsləndi: İsraillə oyun oynamayın
05.10.2013 [10:44] - Siyasət
İsrailin baş naziri Benyamin Netanyahu BBC-nin fars redaksiyasına açıqlamasında İranın nüvə fəaliyyətindən və yeni prezident Həsən Ruhanidən danışıb.

İranda uranı zənginləşdirmə proqramının tamamilə dayandırılmasının vacibliyini bildirən Netanyahu “Siz nüvə məsələsinin həllində nəyə görə Həsən Ruhaniyə və onun bu işdəki roluna nikbin yanaşmırsız” sualına belə cavab verib: “İranda nüvə məsələsində qərar qəbul edən əsas şəxs dini lider ayətullah Xamneyidir. Əminəm ki, İranın dini lideri nüvə silahına yiyələnmək niyyətindədir.

Mən üzümü Həsən Ruhaniyə tutub ona deyirəm ki, İsraillə oyun oynamayın. Biz sadəlövh deyilik. Əgər həqiqətən də nüvə enerjisindən istifadə etmək istəyirsinizsə, onda sizin uranı zənginləşdirməyə ehtiyacınız yoxdur. Biz İranın nüvə probleminin diplomatik yollarla həll olunmasının tərəfdarıyıq. Lakin saxta yox, həqiqi bir diplomatik yolla”.
Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed