Şrift:
Azərbaycanın yüksək dağlıq ərazilərinə qar yağacaq
05.10.2013 [11:06] - Xəbərlər, Bildiriş
Yaxın 2 gün ərzində Azərbaycanın yüksək dağlıq ərazilərində qar yağacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 6-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyinin sürəti saniyədə 9-14 metr olacaq, küləyin sürəti gündüz arabir 16-18 metrədək güclənəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 10-12, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Oktyabrn 7-də paytaxtda havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal küləyinin sürəti saniyədə 9-14 metr olacaq, küləyin sürəti arabir 16-20 m/s-dək güclənəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 10-12, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.
Azərbavcanın rayonlarında oktyabnn 6-7-də arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə yağışın sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, küləyin sürəti arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 13-18 isti, dağlarda gecə və gündüz 3-8 isti olacağı, yüksək dağlıq ərazilərdə 0 dərəcəyə yaxın olacağı gözlənilir.
Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraitinin oktyabnn 8-i gündüzədək davam edəcəyi, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 1176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed