Şrift:
BDU-da İslam Dünya Elmi İstinad Mərkəzinin türkdilli ölkələr üzrə filialı açılacaq
23.11.2011 [17:19] - Türk dünyası-Turan
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov İslam Dünya Elmi İstinad Mərkəzinin prezidenti, İran İslam Respublikasının Elm və Texnologiya Regional İnformasiya Mərkəzinin rəhbəri, Şiraz Universitetinin Sosial Elmlər fakültəsinin kitabxana və informasiya elmləri üzrə professoru Cəfər Mehradı qəbul edib. BDU-nun mətbuat və informasiya şöbəsindən verilən məlumata görə, Cəfər Mehradı Azərbaycanın Elmi İstinad Mərkəzində təmsil olunmasının əhəmiyyətindən söz açaraq, İslam Dünya Elmi İstinad Mərkəzinin türkdilli ölkələr (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan) üzrə filialının BDU-da yaradılması təklifini irəli sürüb. Mehradı yaradılacaq filiala İranın Şiraz şəhərində yerləşən İslam Dünya Elmi İstinad Mərkəzinin hər cür dəstək göstərəcəyini bildirib.
A.Məhərrəmov BDU-da belə mərkəzin yaradılması üçün universitetin əməkdaşlığa açıq olduğunu vurğulayıb. Görüşün nəticəsi olaraq tərəflər İslam Dünya Elmi İstinad Mərkəzinin türk dilli ölkələri üzrə filialının BDU-da yaradılmasına dair niyyət protokolu imzalayıblar.
Bu xəbər oxucular tərəfindən 1339 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed