Şrift:
Tovuz rayonunda xəzinə tapıldı
07.10.2013 [16:28] - Xəbərlər, Gündəm
Tovuz rayonunda xəzinə tapıldı
Qızıl tapıldığı iddia edilən ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən mühasirəyə alınıb

Tovuz rayonunda xəzinə aşkar edilib. Sakinlərinin bildirdiklərinə görə, xəzinə rayon mərkəzindən 35 km uzaqlıqda Baqqallı Qalaboynu ərazisində tapılıb. Tovuz Rayon İcra Hakimiyyətindən bu barədə məlumatsız olduqlarını desələrdə, ərazinin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tam mühasirəyə alındığı bildirilib.Məlumata görə, 15 günə yaxındır ki əsgərlər tərəfindən kəndə giriş-çıxış tamamilə dayandırılıb.

Adıçəkilən ərazi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən nəzarətə götürüldüyünü "Türkel" TV-yə kənd sakinləridə təsdiqləyiblər. Artıq 15 gündür ki, qazıntı işləri aparılır. Sakinlərin bildirdiyinə görə, 1800 metr yüksəklikdə yerləşən adıçəkilən qalada qızıl olması haqqında söz–söhbətləri çoxdan eşitsələr də buna əhəmiyyət verməyiblər. Qızılı isə bir nəfər kənd sakini aşkarlayıb və adiyyatı qurumlara məlumat verib. Rayon mərkəzindən 35 km – uzaqlıqda yerləşən Qalaboynu ərazisinə bütün giriş-çıxış bağlanaraq nəzarətə götürülüb. Kənd sakini Umud Əsgərov isə tapılan xəzinənin 19 – cu əsrə aid olma faktını inkar etdi. O, qızılın 6- 7 əsr bundan əvvələ aid olduğunu söylədi. Üstəlik xəzinəni tapan şəxs onun yaxın qohumudur.

Tapılan dəfinə isə 2 böyük tarixi şəxsiyyətə aiddir.Kəndlilərin iddiasına görə, Qaraqoyunlu dövlətinin banisi Qara Yusif bu ərazidə döyüşərkən öldürülüb və məhz bu yüksəklikdə dəfn edilib.

Qazıntı işləri haqqında ərtaflı məlumat almaq üçün Kirən kənd icra nümayəndəliyinə üz tutduq. Nümayəndəlikdən isə ərazinin dövlət tərəfindən nəzarətə götürüldüyünü bildirdilər.
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed