Şrift:
Saakaşvilidən Rusiyaya təklif: “İtirlmiş ərazilərin əvəzinə bədənimi al!”
23.11.2011 [17:34] - Gündəm
Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiya hökumətinə təklif ünvanlayıb. “Novosti-Qruziya” saytının verdiyi xəbərə görə, o itirilmiş ərazilərin (Abxaziya, Cənubi Osetiya) əvəzində bədəninin bir hissəsini Rusiyaya verməyə hazır olduğunu bildirib.


Putinin 2008-ci il avqust müharibəsi zamanı onu “gürcü prezidentini bədəninin müəyyən hissəsindən asmaqla” hədələdiyini xatırladan Saakaşvili buna hazır olduğunu bildirib: “Mən böyük məmnuniyyətlə bədənimin istənilən hissəsini göndərməyə hazıram, yetər ki, onlar heç olmasa ərazilərimizin bir hissəsini qaytarsınlar. Lakin yaxşı olardı ki, hamısını qaytarsınlar. Bədənimin nə qədər hissəsi yetəcəksə, o qədər də ərazi qaytara bilərəm”.
Bu xəbər oxucular tərəfindən 1098 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed