Şrift:
Azərbaycanda keçirilən prezident seçkilərində saat 10.00-a olan seçici fəallığı açıqlanıb
09.10.2013 [11:25] - Xəbərlər
Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçici fəallığı ilə bağlı ilkin nəticələri açıqlayıb.

MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, saat 10.00-a olan məlumata görə, seçicilərin 937 465 nəfəri səsvermədə iştirak edib. Bu, ölkə üzrə ümumi seçicilərin 18,22 faizi deməkdir. Ən yüksək aktivlik dərəcəsi 24,72 faizlə 116 saylı Qəbələ, ən aşağı isə 9,29 faizlə 33 saylı Xətai I Seçki Dairəsində qeydə alınıb.



R. Gülməmmədov bildirib ki, MSK-nın 115 nömrəli “Qaynar xətt”inə səsvermənin gedişi zamanı baş verə biləcək qanun pozuntuları, qeyri-qanuni hərəkətlər, seçici siyahılarında olan problemlərlə “Qaynar xətt”ə zəng vuraraq, məlumat vermək mümkündür.



Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed