Şrift:
Beynəlxalq Agentlik Ermənistanın reytinqini "stabil"dən "neqativ"ə endirib
23.11.2011 [17:36] - Xəbərlər
ABŞ-ın nüfuzlu "The Wall Street Journal" qəzetinin verdiyi məlumata görə, "Moody's Investors Service" Beynəlxalq Reytinq Agentliyi Avropa və Rusiyada proqnozlaşdırılan iqtisadi geriləməni nəzərə almaqla, Ermənistanın inkişafına risqlər olduğuna işarə edərək ölkənin suveren reytinqlərini "stabil"dən "neqativ"ə endirib.

Ermənistanın xarici və yerli valyutada defolt emitent reytinqini Ba2-də görən agentlk qeyd edir ki, Avropa və Rusiya Ermənistanın ixrac bazarının 58 faizini təşkil edir. Xüsusən də Ermənistanın Rusiyaya ixracdan asılılığı ölkənin xarici mövqeyini risq altında qoyur.

Moody's onu da bildirir ki, aşağı əmtəə qiymətləri Ermənistan iqtisadiyyatına daha çox təsir göstərə bilər, çünki ixrac əsasən mədən və metallurgiya sənayesində cəmləşir. Proqnozun aşağı düşməsi Ermənistanın imkanları ilə bağlı narahatlıqları artırır, çünki ölkə daha zəif xarici mövqe ilə iqtisadi baxımdan daha çətin dövrə daxil olur. Agentlik qeyd edir ki, Ermənistan indi böyük cari hesab defisiti ilə üzləşir və onun ümumi borcları ötən üç il ərzində iki dəfədən çox artıb.
Bu xəbər oxucular tərəfindən 964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed