09.10.2013 [13:30] - Xəbərlər, Siyasət
Ağ Ev demokratiya və insan haqlarının qorunması istiqamətində daha praktik addımlar ata biləcəyinə eyham vurur
Oktyabrın 9-da ABŞ Senatının Xarici əlaqələr komitəsinin Avropa məsələləri üzrə alt komissiyasında “Şərq tərəfdaşlığı üçün həlledici an: Ukrayna, Moldova, Gürcüstan, Belarus, Ermənistan və Azərbaycan üçün perspektivlər” mövzusunda dinləmələr keçiriləcək. Bəzi mülahizələrə görə, bu dinləmələrin oktyabrın 9-da - seçki günü keçirilməsi Azərbaycana mesaj kimi də qəbul edilə bilər. Bəs hansı mesaj?
Belə tədbirlərin keçirilməsi üçün seçilmiş tarix təsadüfi olmur: “Ona görə də ABŞ Senatındakı dinləmələrin məhz oktyabrın 9-na təyin edilməsində Azərbaycana mesaj vermək niyyətlərinin olduğunu istisna etmək olmaz”.
ABŞ və Qərb Azərbaycan da daxil olmaqla, müzakirəyə çıxarılacaq ölkələrin yenidən Rusiyanın orbitinə qayıtmasına biganə qala bilməz: “ABŞ bu dövlətləri heç vaxt Rusiyanın caynağına təslim etməz. Gürcüstanın Rusiya ilə səkkiz günlük savaşı da bunu təsdiqlədi. Düzdür, Gürcüstan bu savaş nəticəsində çox şey itirdi, ancaq ABŞ və Qərb, hər halda, bu dövləti tamamilə Rusiyanın caynağına keçməkdən də xilas edə bildi. ABŞ və Qərb Şərq tərəfdaşlığı prosesində iştirak edən dövlətlərə xüsusi həssaslıqla yanaşır. Onlara ciddi dəstək verməkdə israrlı olduğunu büruzə verir. Ermənistanın artıq Rusiyanın qurduğu Gömrük Birliyinə qatılmasından sonra ABŞ və Qərb bu prosesdən ciddi şəkildə narahatdır”.
Adıçəkilən dövlətlər ABŞ-ın mesajlarından müəyyən nəticələr çıxarmalıdır: “ABŞ mesaj verir ki, MDB məkanı dövlətlərinə indiyə qədər üstünlük verdiyi yanaşma tərzinə yenidən baxmaq və müəyyən düzəlişlər etmək niyyətindədir. ABŞ demokratiya və insan haqlarını ön plana çıxarmaq niyyətində qəti olduğunu sezdirir. Ancaq bu mesaj ABŞ-ın Azərbaycanda keçiriləcək president seçkilərinin nəticələrini şübhə altına almağa hazırlaşması anlamına da gəlmir. ABŞ bu tədbirləri seçki gününə salmaqla, demokratiyanın bərqərar olması və insan haqlarının qorunması istiqamətində daha praktik addımlar ata biləcəyinin mesajını verməyə çalışır”.
Politoloq Hikmət Hacızadə isə bu məsələyə nisbətə fərqli kontekstdən yanaşır. Onun fikrincə, ABŞ və Qərb özü üçün vacib olan hər hansı tədbiri keçirməyi planlaşdırarkən, başqa ölkələrdə hansı siyasi proseslərin cərəyan etdiyini nəzərə almağı vacib hesab etmir. Ona görə də H.Hacızadə ABŞ Senatında keçiriləcək dinləmələrin Azərbaycandakı prezident seçkiləri ilə eyni günə salınmasını daha çox təsadüfə bağlayır.

Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |