09.10.2013 [15:54] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının prezidentliyə namizədi, deputat Fərəc Quliyev “Media forum”a seçkinin gedişi haqqında fikirlərinin bildirib. Fərəc Quliyev seçki qərargahından daxil olan məlumatlara əsaslanaraq qeyd edib ki, daha çox fəallıq Bakının Yasamal rayonunda müşahidə edilir: “Ümumi vəziyyət isə elə də ürəkaçan deyil. Bəzi yerlərdə prosesin çox zəif getdiyi bildirilir. Seçkidə passivlik hiss olunur.
Bizə məlumat verdilər ki, Bakıdakı 193 saylı məktəbin həyətində anlaşılmazlıq qeydə alınıb, vətəndaşları indiki prezident İlham Əliyevə səs verməyə təhrik edirlər. Bu hadisəni dəqiqləşdiririk”.
Fərəc Quliyev saat 10-da 23 saylı Nəsimi-Səbail seçki dairəsinin Səməd Vurğun küçəsi, 14 ünvanında (Zabitlər evi) yerləşən 25 saylı seçki məntəqəsində ailəsi ilə birlikdə səs verib.

Bu xəbər oxucular tərəfindən 1448 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |