10.10.2013 [15:15] - Xəbərlər, Mədəniyyət
"Azərbaycan Milli Elmlər Akademiyası elmi tədqiqat institutunun və ona bərabər statuslu elmi müəssisənin rəhbəri vəzifəsinə seçkinin keçirilməsi qaydaları" açıqlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata görə, AMEA elmi tədqiqat institutu və ona bərabər statuslu elmi müəssisənin rəhbəri 5 il müddətinə seçilir. AMEA Rəyasət Heyəti elmi müəssisənin rəhbəri vəzifəsinə növbəti seçkilərin keçirilməsi haqqında qərar qəbul edir və seçkilərin keçirilməsinə ən azı 2 ay qalmış kütləvi informasiya vasitələrində müvafiq elan dərc etdirir. Elmi müəssisənin rəhbəri vəzifəsinə namizədlərin irəli sürülməsi hüququna müəssisənin Elmi Şurası, AMEA-nin müvafiq elmi bölməsinin bürosu, AMEA regional elmi bölməsinin Rəyasət Heyəti və AMEA Rəyasət Heyəti malikdir.
Elmi müəssisənin rəhbəri vəzifəsinə namizədlər, alimlik dərəcəsi və elmi adı olmaqla ixtisası üzrə əmək stajı olan alimlər sırasından müəyyən olunmuş qaydada irəli sürülə bilər. Elmi müəssisənin rəhbəri vəzifəsinə namizədlərin irəli sürülməsinə dair sənədlər seçkilərin keçirilməsi haqqında elan dərc edildiyi gündən etibarən 1 ay müddətində AMEA-nın müvafiq elmi bölməsinin bürosuna təqdim edilir. Elmi müəssisənin rəhbəri AMEA-nın müvafiq elmi bölməsinin ümumi yığıncağında gizli səsvermə yolu ilə seçilir və AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunur. Elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilərin keçirilməsi üzrə yığıncaqda, AMEA elmi bölməsi üzvlərinin ən azı 2/3-i iştirak etdikdə bölmənin ümumi yığıncağı qərar qəbul etməyə səlahiyyətlidir. Seçki iştirakçılarının ən azı 2/3-i səsvermədə iştirak etdikdə seçki baş tutmuş hesab olunur. Əgər elmi müəssisənin rəhbəri vəzifəsinə yalnız bir namizəd irəli sürülmüşdürsə, həmin namizəd elmi bölmənin ümumi yığıncağının iclasında iştirak edən üzvlərinin ən azı 50 faiz+1 səsini topladıqda seçilmiş hesab olunur. Elmi müəssisənin rəhbəri vəzifəsinə seçkilər zamanı iki və ya daha artıq namizəd iştirak edərsə, səsvermə nəticəsində AMEA elmi bölməsinin ümumi yığıncağının iclasda iştirak edən üzvlərinin 1/3-dən az olmamaq şərti ilə daha çox səsini toplamış namizəd seçilmiş hesab olunur. Əgər namizədlərdən heç biri zəruri sayda səs toplaya bilməzsə və yaxud seçkilər zamanı bu Qaydaların pozulması faktları aşkar olunarsa, elmi müəssisənin rəhbəri vəzifəsi üzrə seçkilər baş tutmamış hesab olunur, bu barədə AMEA Rəyasət Heyəti müvafiq qərar qəbul edir.
Elmi müəssisənin rəhbəri vəzifəsi üzrə seçkilər baş tutmadıqda, AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA prezidenti tərəfindən müəssisənin direktoru vəzifəsi üzrə seçkilərdə iştirak etmiş namizədlərdən biri rəhbər vəzifəsini müvəqqəti icra edən təyin edilir. Elmi müəssisənin rəhbərinin təkrar seçkisi müəyyən olunmuş qaydada növbəti 1 təqvim ili ərzində keçirilməlidir. Elmi müəssisənin müəyyən olunmuş qaydada seçilmiş və vəzifəyə təyin olunmuş rəhbəri, mövcud qanunvericiliklə müəyyən olunmuş səlahiyyətli dövlət orqanlarının təqdimatı əsasında və yaxud digər qanuni əsaslarla AMEA Rəyasət Heyətinin qərarı ilə tutduğu vəzifədən vaxtından əvvəl azad edilə bilər. Müstəsna hallarda AMEA-nın Rəyasət Heyəti Elmi müəssisənin rəhbərinin səlahiyyət müddətini 1 təqvim ilindən çox olmamaq şərti ilə uzada bilər.

Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |