Şrift:
Azərbaycan müəllimlərinin işini asanlaşdırmaq məqsədilə yeniliklər həyata keçiriləcək
11.10.2013 [12:54] - Sosial
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “www.e-gov.az” portalından istifadə imkanlarının genişləndirilməsi və portala qeydiyyat prosesinin sadələşdirilməsi üzərində işlərə başlayıb. APA-nın xəbərinə görə, həyata keçiriləcək növbəti yenilik bu dəfə təhsil sahəsində çalışanları əhatə edəcək. Artıq MHM qeydiyyat prosesi üçün tələb edilən sənədlərin minimallaşdırılması ilə bağlı araşdırma işlərinə başlanılması üçün müvafiq tapşırıqlar verilib. Araşdırmanın yekunu olaraq, müəllimlərin daha sadələşdirilmiş formada qeydiyyatdan keçməsi məsələsi həllini tapacaq. Belə ki, “Elektron hökumət” portalında Təhsil Nazirliyi tərəfindən “Müəllimlər haqqında məlumatlar” elektron xidməti təqdim olunmaqdadır. MHM qeydiyyat sistemini bu xidmətlə əlaqələndirməklə tələb olunan sənədləri müraciət edən istifadəçinin müəllim olduğunu təsdiqləyən sənədlə əvəz etməyi nəzərdə tutur.



Qeyd edək ki, “Elektron hökumət” portalına daxil olmaq üçün istifadəçilərə kod və parolların internet vasitəsilə verilməsi” xidmətinə əsasən, hazırda istifadəçilərə kod və parolların internet vasitəsilə verilməsi üçün onlayn müraciət qəbul edilir və nəticəsi barədə istifadəçiyə məlumat verilir. İstifadəçi kod və parolu heç bir yerə müraciət etmədən internet vasitəsilə əldə edir. İnteraktiv və ödənişsiz formada həyata keçirilən bu xidmətin göstərilməsi üçün tələb olunan sənədlərə şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaşlıq pasportu və Dövlət Sosial Sığorta şəhadətnaməsi daxildir.
Bu xəbər oxucular tərəfindən 986 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed