11.10.2013 [13:12] - Hadisə
Azərbaycan DSX İranla sərhəddə ölümlə nəticələnən silahlı insident barədə məlumat yayıb
Qaçaqmalın Azərbaycan dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən verilən məlumata görə, Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 11 oktyabr 2013-cü il tarixdə saat 03:45 radələrində sərhəd naryadı dövlət sərhədində şübhəli səslər eşidib və İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikası istiqamətində hərəkət edən 3 nəfərin qaraltısını müşahidə edərək bu barədə dərhal sərhəd zastavasına məruzə edib. Sərhəd naryadı maskalanaraq sərhəd pozucularını yaxın məsafəyə buraxıb və onlara “Dayan” komandası verib.
Lakin sərhəd pozucuları sərhəd naryadının tələblərinə məhəl qoymayaraq geri İİR istiqamətində qaçmağa başlayıblar. Sərhəd naryadı onları təqib edib, tabe olmadıqlarını gördükdə naryad başçısı xəbərdarlıq atəşi açıb. Sərhəd pozucuları bu tələbə də tabe olmadıqda, naryad üzvləri təqibi davam etdirməklə onların qaranlıq hava şəraitində, həmçinin meşəlik ərazidə saxlanılmasına nail olmaq üçün qanuna uyğun olaraq silahdan istifadə ediblər.
Sərhəd pozucularından bir nəfəri naryad başçısı tərəfindən açılmış atəşlə hər iki ayaq nahiyəsindən güllə yarası alıb. Yaralı sərhəd pozucusu - 1969-cu il təvəllüdlü, Yardımlı rayon sakini Abışov Mais Murtuz oğluna sərhəd naryadı üzərində olan fərdi sarğı paketindən istifadə etməklə ilkin tibbi yardım göstərib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Digər sərhəd pozucusu -1992-ci il təvəllüdlü, Bakı şəhər sakini Mirseyfullayeva Günay Azad qızı yaxalanıb. Təqibdən yayınmağa müvəffəq olmuş digər sərhəd pozucusu, 1976-cı il təvəllüdlü Abışov Ramiz Murtuz oğlunun axtarışı üzrə tədbirlər davam etdirilir.
Hadisə yerinə baxış zamanı sərhəd pozucularına məxsus bir ədəd mobil telefon va 2520 qutu “Marlboro” siqareti aşkar edilərək götürülüb.
Hadisə barədə Azərbaycan Respublikasının aidiyyəti qurumları məlumatlandırılıb, araşdırma tədbirləri davam etdirilir.
Azərbaycan-İran sərhədində silahlı insident olub.
Hadisə Azərbaycanın cənub sərhədində, Yardımlı rayonu ərazisində qeydə alınıb.
İrandan Azərbaycana gizli yolla daxil olmaq istəyən qaçaqmalçılarla Azərbaycan sərhədçiləri arasında atışma olub. Nəticədə sərhədi pozan bir nəfər İran vətəndaşı öldürülüb, daha biri isə ələ keçirilib.
Faktla bağlı araşdırma aparılır.

Bu xəbər oxucular tərəfindən 1031 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |