12.10.2013 [12:04] - Sosial
Dünya əhalisi hər il artır. Hazırda Yer üzərində 7,1 milyarddan çox insan yaşayır. Yer əhalisinin cinsi tərkibinə gəldikdə kişilərin qadınlar üzərində nisbi çoxluğunu müşahidə etmək olar. Orta hesabla doğulan hər 100 qıza 104-107 oğlan düşür. Lakin qadınlar kişilərdən çox yaşadığına görə bu nisbət tədricən qadınların xeyrinə dəyişir.
Hazırda Yer kürəsində bütün yaş qrupları üzrə 100 kişiyə 98,6 qadın düşür. Lakin dünya üzrə qadınların dəqiq sayını müəyyənləşdirmək çətindir. Onların təxminən 3,5 milyard nəfərdən çox olduğu güman edilir. Kişilərlə qadınların nisbəti ayrı-ayrı ölkələrdə müxtəlifdir.
Ənənəvi oğlan uşaqlarına üstünlük verən Çin Xalq Respublikası kişilərin qadınlardan çoxluğuna görə dünyada birincidir. Bu ölkədə kişilərin sayına nisbətdə 79 milyon qadın çatışmır.
Yaponiyada isə əksinə 61,97 milyon kişiyə 64,72 milyon qadın düşür.
Elə Yeni Zellandiyada da qadınlar kişiləri “sıxışdırırlar”. Yeni Zellandiyada kişilərin sayı açıq-aşkar azalmaqdadır. Bu ölkədə 100 qadına 89 kişi düşür. 24-45 yaş arası olan minlərlə qadın ərə getməyə kişi tapmır, subay qalırlar.
Braziliyada qadınlarla say nisbətində 3 milyon kişi çatışmır.
Ümumiyyətlə, Asiya qitəsi, Afrikanın Şimalı, Yaxın və Orta Şərqdə, Mərkəzi Amerikada kişilər əhalinin 50%-dən çoxunu təşkil edir.
Avropa ölkələrinin demək olar hamısında, Afrikanın Cənubu və Venesuela istisna olmaqla bütün Latın Amerikası ölkələrində isə qadınlar çoxluq təşkil edir.
Kişilərlə nisbətdə qadınların ən böyük üstünlük təşkil etdiyi ölkələrdən biri Rusiyadır. Bu ölkədə 66 milyon kişiyə 76 milyon qadın düşür. Bu fərq xüsusən yuxarı yaşlarda çox hiss olunur. Faizlə bu nisbət 53,7% - 46,3% şəklindədir.
Ümumiyyətlə orta hesabla hər 100 kişiyə düşən qadın sayına görə Estoniya – 117, Rusiya – 116, Latviya və Ukrayna – 116, Belarus – 114 qadınla ilk pillələrlərdədir.
Yeri gəlmişkən, Azərbaycanda da qadınların sayı kişilərin sayından hələ ki çoxdur, rəsmi məlumata görə, indi ölkəmizdə hər 1000 kişiyə 1013 qadın düşür. Amma Azərbaycanda bu nisbət ildən-ilə azalmaqdadır.
Aşağıda qadın-kişi nisbətini əks etdirən siyahı verilib:
Ölkənin adı Ümumi əhali kişilər qadınlar
Belarus 9,715 milyon 46,7 53,3
Portuqaliya 10,584 milyon 48,4 51,6
Yunanıstan 11,148 milyon 48,5 51,5
Estoniya 1,344 milyon 46,1 53,9
Böyük Britaniya 60,623 milyon 49 51
Fransa 61,353 milyon 48,6 51,4
İsveç 9,081 milyon 49,6 50,4
Almaniya 82,376 milyon 48,9 51,1
ABŞ 304,6 milyon 49,3 50,7
Argentina 33,4 milyon 48,9 51,1
Misir 74,1 milyon 51,4 48,6
Türkiyə 75,9 milyon 50,5 49,5
Qazaxıstan 18,9 milyon 48,3 51,7
İran 71,4 milyon 50,8 49,2
Ermənistan 3,029 milyon 48,5 51,5

Bu xəbər oxucular tərəfindən 1093 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |