12.10.2013 [12:40] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan
İstanbulda Şəhriyarın ölümünün 25-ci ilinə həsr edilmiş toplantı keçirilib.
İstanbul Universiteti ədəbiyyat fakültəsinin təşkil etdiyi toplantının moderatoru professor Kamal Yavuz olub.
Professor Məhəmməd Özcan, dosent Davud İbrahimoğlu, filologiya elmləri doktoru Yusif Gədikli və azərbaycanlı tədqiqatçı Esmira Şükürova ustad şair Şəhriyarın yaradıcılığının xüsusiyyətləri və şairin təkcə Azərbaycan ədəbiyyatında deyil, Oğuz coğrafiyasının ədəbiyyatında tutduğu yer barədə dinləyicilərə ətraflı məlumat veriblər. Məruzəçilər Şəhriyarın Türkiyədə daha çox tədqiq edilməsinin və universitetlərin dərs proqramlarına daxil edilməsinin Türkiyədə Cənubi Azərbaycana olan diqqətin daha artmasına kömək edəcəyini vurğulayıblar.
Cənubi Azərbaycanın ustad şairi Məmmədhüseyn Şəhriyar 18 sentyabr 1988-ci ildə Təbrizdə vəfat edib. Qeyd edək ki, Şəhriyarın Türkiyədə tanınmasında ilk rolu Məhəmməd Əmin Rəsulzadə oynayıb. Ankarada mühacirət həyatı yaşayarkən Təbrizdən Rəsulzadəyə Şəhriyarın “Heydərbabaya salam” poeması göndərilib və ömrünün son aylarında Rəsulzadə “Heydərbabaya salam” poeması barədə “Ədəbi bir hadisə” adlı iri həcmli məqalə yazıb. Əslən Borçalının Evyə kəndindən olan professor Məhərrəm Erginin 1976-cı ildə çapdan çıxmış “Azəri Türkcəsi” adlı 376 səhifəlik kitabı “Heydərbabaya salam” poemasının linqvistik xüsusiyyətlərinin təhlilinə həsr edilib. 1988-ci ilin sentyabrında İstanbulda keçirilən beynəlxalq türkologiya konqresinə Şəhriyarın ölüm xəbəri çatan kimi professor Məhərrəm Ergin konqresin dayandırılmasını tələb edərək Şəhriyarın xatirəsini 1 dəqiqəlik sükutla yad etmək üçün konqres iştirakçılarını ayağa qalxmağa dəvət edib. “Şəhriyar: bütün türkcə şeirləri” kitabının müəllifi Yusif Gədikli 1996-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında Şəhriyarla bağlı kitabını doktorluq dissertasiyası kimi müdafiə edərək alimlik dərəcəsi alıb.

Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |