Şrift:
ABŞ-da etirazçılar Konqres binasını işğal ediblər
24.11.2011 [12:16] - Gündəm
«Vaşinqtonu işğal et» hərəkatının üzvləri qısa müddəti ABŞ Konqresini «işğal ediblər». Ziyarətçi qismində tək-tək Konqres binasına daxil olan nümayişçilər içəridə birləşərək şüarlar səsləndirməyə başlayıblar. Onların əsas şüarı «Biz 99%-ik, Konqres isə 1%-i təmsil edir» olub. Bir müddətdən sonra ərazidə polis əməkdaşlarının sayı artırılıb. Polislərin son xəbərdarlığından sonra nümayişçilər Konqres binasını tərk ediblər.
Bu xəbər oxucular tərəfindən 872 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed