Şrift:
Fransa Suriya Milli Şurasının qanuniliyini tanıyıb
24.11.2011 [12:36] - Gündəm
Fransa hökuməti Suriyanın müxalifətçi Milli şurasını qanuni tərəfdaş sayır. Fransa XİN başçısı Alen Jüppe belə bir bəyanatla çıxış edib.

Onun sözlərinə görə, Fransa rəhbərliyi Milli şuranın başçısı Bürhan Qalyunla danışıqları davam etdirəcək.

Jüppe Milli şuranı Suriyadakı bütün müxalif qrupları birləşdirməyə çağırıb.

Nazir əlavə edib ki, Fransa Avropa İttifaqındakı müttəfiqlərinə Suriyada ehtiyacı olanlara yardım çatdırmaq üçün «humanitar dəhlizlər» yaratmağı təklif edəcək.
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed