17.10.2013 [11:53] - Xəbərlər, Mədəniyyət, DAVAMın yazıları
Tiflisdə Azərbaycan dilində nəşr olunan "Ziyayi-Qafqasiyyə" qəzetinin 30 iyun 1882-ci il tarixli 30-cu nömrəsində maraqlı bir yazıya rast gəldim. Geniş oxucu kütləsi üçün maraqlı olacağını nəzərə alaraq, bu yazını və onun işığında XIX əsr Azərbaycan maarifi , onun bu gün üçün əhəmiyyətli olan cəhətlərindən söz açmaq qərarına gəldim. Baş məqalə yerində çap olunduğuna görə imzasız bu yazının ya qəzetin sahibi-imtiyazı Səid Ünsizadə, ya da onun ortancıl qardaşı ", Ziyayi-Qafqasiyyə"nin müdir və mühərriri Cəlal Ünsizadə tərəfindən yazıldığını düşünmək olar.
Yazının dili sadə, sintaksisi çevikdir. Müəllifin analitik təhlil bacarığına hər bir qələm əhli qibtə edə bilər., Belə bir yazını maarif və təhsil məsələlərinə dərindən bələd olan qələm əhli yaza bilərdi. Yazıda Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasının müsəlman şöbəsinin ikinci, yəni 1882-ci il məzunları haqqında məlumat verilir, müəllif bu fonda maarif və mədəniyyət məsələlərindən söz açır. Belə məsələlərdən danışmağa məhz Səid Ünsizadənin səlahiyyəti çatırdı. Beləliklə...
..."Qori şəhərində olan darülmüəllimin məktəbində (müəllimlər İnstitutu ,seminariyasında-N.N.) müsəlmanlar üçün açılmış şöbədən (yəni hissədən) bu il 8 şagird təhsildən qurtarıb, mübtədilər (ibtidai sinif şagirdləri -N.N.) üçün olan məktəblərdə müəllim olmaq ləqəbi ilə ...sərəfraz (başqalarından seçilən -.N. N.) olublar".
Məqalədən aydın olur ki, Qori darülmüəllimin şagirdləri "Ziyayi-Qafqasiyyə" qəzetini ana dilimizin zənginləşməsində mühüm rolu olan mətbu orqan kimi yüksək qiymətləndirmişlər. Onlar qəzetin yaradıcı qüvvələri ilə müntəzəm olaraq əlaqə saxlamış, türk dünyasınınən bir çox yerlərində oxunan bu mətbu orqanın rəvacına çalışmış, öz yazılarını burada çap etdirmək arzusunda olmuşlar. Məzunların Tiflis yolu ilə öz təyinat yerlərinə gedərkən "Ziyayi-Qafqasiyyə" qəzetinin redaksiyasına baş çəkmələri , mətbəə və qəzet işləri ilə maraqlanmaları da bunu sübut edir. Müəlif əminliklə yazır ki, " bu vəqtə qədər cigərguşəmiz olan övladımızı təlim və tərbiyələrinə təlim və tərbiyələrinə təslim etdiyimiz bisəliqə və biqaidə və bielm və bihünər olan məktəblərimiz ilə indi müvafiq qaideyi-təzə ilə təhsildən qurtarmış millətdost və maarifpərvər və sahibi- elm hünərvər olan növcəvan müəllimlərimizin fərqi ancaq libası və qiyafəsində degildir, bəlkə hünər və qafasındadır.Əfkari-ali sahibi və elm və hünər mənbəyi müəddəb( tərbiyəli-N.N.) və tərbiyəli olan qafalar ilə sadə məğz
(beyin, ağıl -N.N.) ilə dolu olan başlar bərabər olurmu? Əlbəttə, bilənlər ilə bilməyənlər bərabər olmaz.
Tazə müəllimlər özlərinə təslim olunan şagirdləri təlim və tərbiyə üsuluna müvafiq hər il bir qərari- müəyyəndə irəli aparacaqlar. Amma bizim məktəblərimizdə vəqti naməlum vədələrdə təhsildən qurtarmış və elmin tamam etmiş şagirdlərimizin nə mərtəbədə bielm olmağını cümləmiz görmüşük. Əlbəttə,bir şey versən nə müvafiq qaidə rəvan və müsəlsəl (silsiləli-N.N.) və ğatsız oxuya bilər və nə bir mətləb desən və səhih yaza bilər".
Məqalə müəllifi gənc müəllimlərin yerlərdə- kənd məktəblərində yaxşı işləyəcəklərinə inanaraq yazır : Məzkur ( zikr olunan-N.N.) müəllimlər barəsində yazdığımız əhvalat və etdiyimiz ümid və verdiyimiz nəvid ( yaxşı xəbər, müjdə - N.N. ) ancaq onların təqrirlərindən ( söylədiklərindən N.N.) əmələ gəlmişdir. Həqqiyyətdə (doğruluqda) vaqe mütabiq (uyğun ) olmağı təcrübə və imtahan ilə məlum olunur".
Məqalə qəzetdə çap olunduğu vaxt seminriyada Azərbaycan dili fənnini müxtəlif qruplarda Hüseyn Əfəndi Qayıbov və Axund Əbdüssəlam Axundzadə tədris edirdi.
Müəllimliyi qurtarıb evlərinə tələsən 8 nəfərdən biri Rəşid bəy Əfəndiyev idi.
Digər yeddi nəfər kimdir?
Onları kim tanıyırsa, fikirlərini oxucularla bölüşməyə tələssinlər.
Nazim Nəsrəddinov ,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili bölməsinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin sərancamı ilə keçirilmiş "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi.
Bakı,01.10.2013-cü il.
Ədəbiyyat
1."Ziyayi-Qafqasiyyə" qəzeti. 30.06.1982-ci il, N 30.
2.Əfəndiyev Rəşid bəy.Seçilmiş əsərləri. Bakı,"Şərq-Qərb" , 2006,120 səh.
3.Seyidov Fikrət Əhməd oölu. Qori seminariyası və onun məzunları. Bakı, "Maarif" nəşriyyatı, 1988-ci il.295 səh.

Bu xəbər oxucular tərəfindən 1110 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |