17.10.2013 [12:03] - Gündəm, Mədəniyyət, DAVAMın yazıları
"Məktəblinin izahlı lüğəti" adı ilə "Turan evi" nəşriyyatının bu günlərdə çap edib ( 15 avqust 2013-cü ildə çapa verimişdir -N.N.) oxuculara ünvanladığı kitabı maraqla vərəqlədim. Çoxdan gözlədiyim kitab idi. Həcmi 336 səhifədir. Bunun dörd səhifəsi "Qeydlər üçün nəzərdə tutulmuşdur ki, bu da, çox güman ki, oxucuları fəal dialoqa cağırmaq üçündür." Annotasiyasında "orta məktəb şagirdləri və abituriyentlər üçün" işarəsi olsa da, "Müəlliflərdən" imzası ilə verilmiş "Oxuculara tövsiyə" adlı girişdə onun "orta məktəbin dil və ədəbiyyat müəllimləri, ali məktəblərin filologiya fakültələrinin tələbələri, habelə dilçiliklə az-çox maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulduğu" xüsusilə qeyd olunurdu.
Üç alimin - filologiya üzrə fəlsəfə doktorları Ədalət Abbasov, Şəhla Tahirqızı və Oqtay Hüseynlinin müəllifliyi ilə nəşr olunan lüğətin elmi redaktoru AMEA-nın müxbir üzvü , filologiya elmləri doktoru , professor Nizami Cəfərovdur. " Məktəblinin izahlı lüğəti"nin rəyçilərindən biri filologiya elmləi doktoru, professor, İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli, digəri filologiya üzrə fəlsəfə doktoru Cavanşir Muradovdur.
Sadalanan adlardan göründüyü kimi , dövlət əhəmiyyətli by bu məsələyə elmiliyi və ciddiliyi ilə fərqlənən mütəxəssislər cəlb olunmuşlar.
Lüğətə 9 mindən artıq sözün daxil edilməsi onun sanballı cəhətlərindən biridir. 9 000 sözü bilməklə Asiyanı da, Avropanı da qarış-qarış gəzərək milyonlarla türk soylu insanlarla səmimi ünsiyyət qurmaq olar. Bu lüğəti ortaq türk dilli üçün mənbə kimi də dəyərləndirmək mümkündür. Kitabı "Məktəblinin orfoqrafiya, orfoepiya qrammatika" lüğəti də adlandırmaq olar: burada sadalanan vəzifələr də yerinə yetirilmişdir. Bəzi sözlərin izahının sinonimlər vasitəsilə tanıdılması onu sinonim sözlər lüğəti də adlandırmaq olar. Hamının,o cümlədən yaşlı ziyalıların belə müəyyənləşdirməkdə çətinlik çəkdikləri vurğuları göstərməklə bu vəsaitin istifadə inkanlarını daha da genişləndirmək olardı.
Müəlliflər vəsaitin araya-ərsəyə gəlməsi üçün 18 ədəbiyyatdan,3 internet saytınan istifadə etmişlər.Bu da varislik prinsipinin göstəricisi kimi qiymətləndirilməlidir. Müəlliflər Əziz Əfəndizadənin "Orfoqrafiya,orfoepiya,qrammatika lüğətinin 1983-cü il və 2005-ci il nəşrlərinə , nədənsə, müraciət etməmişlər. Görünür, onlar az tirajla çap edilən, artıq nadir kitablara çevrilən bu nəşrlərdən xəbərsizdirlər.
Əziz Əfəndizadənin lüğətinin 1983-cü il nəşrində sözlərin vurğusu da verilmişdir ki, bu da praktik səciyyə daşıyan populyar lüğətləri dəyərləndirən cəhətlərdəndir. Ə.Əfəndizadənin "Orfoqrafiya,orfoepiya,qrammatika lüğəti"nin 2005-ci il nəşri isə müəllifin vəfatından sonra filologiya elmləri doktou,professor T.Z.Rüstəmova tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2005-ci il tarixli 108 nömrəli qərarı ilə təsdiq olunmuş"Azərbaycan dilinin orfoqrafiya qaydaları " əsasında çapa hazırlanmışdır. "Məktəblinin izahlı lüğəti"ndə bu nəşrə istinad edilməsi məqsədəuyğun olardı. "Məktəblinin izahlı lüğəti" adlandırılan yeni nəşrdə əslində burada izahlı lüğət üçün vacib şərtlərdən biri olan izahatın bədii ədəbiyyatdan və danışıq dilindən seçilmiş çümlələrilə verilməsi qaydasına əməl olunmamışdır. Yəqin ki, gələcək nəşrlərdə bu irada əməli işlə münasibət bildiriləcəkdir.
Lüğətdə sözlər ənənəvi prinsipə əsasllanaraq əlifba sırası ilə verildiyindən hər hərfin əlifbadakı sırası, danışıq səsi kimi xarakteristikası verilmişdir ki, bu da məktəbli üçün maraq doğurur. Məsələn:
E-Azərbaycan əlifbasının altıncı hərfi, yarım açıq yarım qapalı, dilortası(incə), dodaqlanmayan saitdir(səh.74).
Ə-Azərbaycan əlfbasının yeddinci hərfi,dilönü(incə),gen,dodaqlanmayan saitdir. (səh.81).
J-Azərbaycan əlifbasının on beşinci hərfi,cingiltili,küylü,dilönü-yavaş,novlu, ağız samitidir.(səh.132).
Burada danışıq səslərinin təsnifatında orta məktəb proqramında adı olmayan terminlərin işlədilməsi vəsaitin adına uyğun deyil (gen,dilönü,dilönü-yabaş, novlu ağı samiti ). Belə ki məktəbli lüğətdə proqramda rast gəlmədiyi terminlərlə rastlaşanda çətinlik çəkir.
Lüğətdə üstündə vurğusu göstərilmədiyinə görə bəzi sözlərin aid olduğu nitq hissəsini müəyyənləşdirmək çətinlik törədir.Məsələn, "xülasə" sözü məktəbliyə, abituriyentə..."nəticə,yekun,qısa məzmun" kimi,isim kimi tanıdılır. Halbuki vurğusu ilk hecaya düşəndə bu sözü hələ ki modal söz kimi aydınlaşdırmaq lazım gəlir.
İzahlı lüğətdə sözün bütün mənaları verilməlidir. Əks halda müəyyən sözün qavranılmasında mübahisəli məqamlar ortaya çıxa bilər.
" Xülasə" sözü lüğətdə ancaq isim kimi izah olunur. Halbuki bu, modal söz kimi də işlənə bilir.Tərtibçilər isimdən sonra , mötərizə açıb "modal söz" yazsalar da, modal sozə aid nümunə olmadığı üçün "xülasə" sözünün hərtərəfli izahında dolaşıqlıq yaranır.Yaxşı olardı ki, belə sözlər ayrıca izah ediləydi.
Məsələn: 1.Siz qəzetlərin xülasəsinə qulaq asdınız. (isim)
2.Xülasə,gözlənilən gün gəlib çatdi. (modal söz).
Fikrimizi əsaslandırmaq üçün "Məktəblinin izahlı lüğəti"ndən ixtiyari, xüsusi seçim etmədən bir neçə sözə diqqət edək: bunker, turşu, tala, züy, zığ....
Lüğətdə bu sözlərin məktəbli üçün gərəkli görünən mənaları verilməmişdir.
Bunker - məxfiliyi saxlamaqdan ötrü müəyyən işçi qrupunu bir neçə müddətə cəmiyyətdən ayırmaq ( O,yenə də bunkerə aparıldı ).
Turşu - turşuluğu ilə seçilən qurudulmuş meyvə ( "Limon turşusu", "sirkə turşusu" söz birləşmələrinin asılı tərəfi ismin hansı halındadır?)
Tala(maq ) başqasının malını kobudcasına yeyib-dağıtmaq ( O,bu bostanıı taladı, yeyib-dağıtdı ki... )
Züy - balabanşının yanında onu müşayiət edən musiqiçi (üfürücü)- (Əhməd, zurnaçı ol, züyçü olma;Başqasına züy tutmaq pis adətdir)
Zığ - quş zığı (ifrazı) - Zəif inkişaf edən bitkilər quş zığı məhlulu ilə (1:10 və ya 1:15 nisbətində) yemləndirilir.
Məktəbli üçün nəzərdə tutulan dərslik və vəsaitdə mexaniki səhvərin olması şagirdlərin diqqətindən yayınmır.Dərslik və vəsaitlər mütləq diqqətlə yoxlanılmalı, qüsursuz olmalıdır. Haqqında danışılan lüğətin A bölümündə belə bir səhvə rast gəldik: " cəfəngiyat" - iki " y" ilə yazılıb (səh.5) ." Kəbin" sözü "nigah" kimi izah edilib.Əslində nikah və nigah başqa-başqa anlayışlardır. "Nikah"-ərəb sözüdür, evlənmə anlayışına uyğundur.
"Nigah" isə fars mənşəlidir, "baxış" deməkdir.
"Ötəri" sözü lüğətdə ancaq sifət kimi izah olunur.Halbuki bu sözün "ötrü" sözü ilə yanaşı işlənən variantı da var. Bunu dialekt faktı kimi yox, ədəbi dil faktı kimi etiraf etmək gərəkli görünür. İ.Şıxlının "Dəli Kür" romanında müəllifin dilindən verilmiş onlarla belə nümunə var.
"Naxır" sözü lüğətdə "bir yerdə otlayan mal-qara sürüsü " kimi izah olunur. Belə çıxır ki, axşam örüşdən qayıdan mal-qara toplusunsa "naxır" demək olmaz.. Eləmi?
Lüğətdəki bəzi sözlərin izahını redaktə etmək barədə düşünmək olar: məhsul, müzare, oxra, pampres, puçur, sayalı, nikah, nigah,keşməkeş, züy, opal, pinəçı,ottisk və s.
Deyilən iradlar lüğətin gələcək nəşrinin daha da təkmilləşdirilməsinin vacibliyinə işarədlır. İnanırıq ki. "Məktəblinin İzahlı lüğəti " Azərbayca dilini sevənlərin stolüstü kitabı olacaqdır.
Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəlllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü,
Avropa Azərbaycan Məktəbinin müəllimi.
Ədəbiyyat
1.Şirəliyev M. Azərbaycan dilinin orfoepiyasının əsasları, Bakı, Azərnəşr,1970, 28 səh.
2.Əfəndizadə Ə.R. Orfoqrafiya,orfoepiya,qrammatika lüğəti, "Maarif" nəşriyyatı, Bakı,1983, 80 səh.
3.Məmmədov MB, Məmmədov İ.O. və başqaları.
Vurğu lüğəti ,"Elm" nəşriyyatı,1993. 95 səh.
4.ƏfəndizadəƏ.R. Orfoqrafiya,orfoepiya lüğəti (Kompleks lüğət),Azərnəşr,Bakı,1989, 152 səh.
5.Azərbaycan dilinin orfoqrafiya lüğəti . "Lider nəşriyyat", Bakı,2004, 778 səh.
6.Azərbaycan dilinin izahlı lüğəti. I cild, "Şərq-Qərb" nəşriyyatI, Bakı, 2006, 740 səh.
7.Azərbaycan dilinin izahlı lüğəti. II cild, "Şərq-Qərb" nəşriyyatı, Bakı, 2006, 792 səh.
8.Azərbaycan dilinin izahlı lüğəti. III cild, "Şərq-Qərb" nəşriyyatı, Bakı, 2006, 670 səh.
9.Azərbaycan dilinin izahlı lüğəti. IV cild, "Şərq-Qərb" nəşriyyatı , Bakı, 2006, 710 səh.
10. Əfəndizadə Ə.R. Qrfoqrafiya, orfoepiya, qrammatika lüğəti (ümumtəhsil məktəbi şagirdləri üçün
kompleks sorğu vəsaiti ),Çaşıoğlu nəşriyyatı,Bakı,2005,168 səh.
11. Abbaslı Bəybala, Süleymanova Solmaz, Əliyeva Sürmə.
Azərbaycan dilində vurğu lüğəti."Nasir" nəşriyatı, Bakı,2006. 156 səh.
12. Abbasov Ədalət,Tahirqızı Şəhla, Hüseynli Oqtay.
Məktəblinin izahlı lüğəti."Turan evi" nəşriyyatı, Bakı,2013, 336 səh.

Bu xəbər oxucular tərəfindən 11502 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |