Şrift:
BMT baş katibi Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə bağlı müraciət edib
17.10.2013 [12:07] - Gündəm, Sosial
BMT-nin baş katibi Pan Gi Mun Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü ilə bağlı müraciət yayıb.



BMT-nin Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, müraciətdə qeyd olunub ki, bu ilki Beynəlxalq Yoxsulluğun Aradan Qaldırılması Günü beynəlxalq ictimaiyyətin iki qarşılıqlı əlaqədə olan məsələnin həllinə yönəlmiş səylərin əsnasında qeyd edilir: “Bu məsələlər Minilliyin Bəyannaməsində formalaşdırılmış inkişaf sahəsindəki məqsədlərə nail olması yolunda fəaliyyətin canlandırılması və Minilliyin İnkişaf Məqsədlərinə nail olduqdan sonra növbəti məqsədlərimizin müəyyən edilməsi yolunda səylərimizin müəyyənləşdirilməsidir. 2015-ci ildən sonrakı bu inkişaf çərçivəsində yoxsulluğun aradan qaldırılmasına böyük üstünlük verilməli və dayanıqlı inkişaf onun əsasında olmalıdır. Hər bir halda yoxsulluğun aradan qaldırılması probleminin həmişəlik həll yolu dünyanı dayanıqlı inkişaf yoluna yönləndilməsidir.



Qarşıda görüləsi işimiz çoxdur. Yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə az olmasına baxmayaraq, bu sahədə irəliləyiş qeyri-bərabər olub. Yoxsulluğun yarıya qədər azaldılmasında etdiyimiz bu böyük nailiyyət bizi dünyada 1.2 milyarddan çox insanın hələ də ifrat yoxsulluqda yaşamasına biganə qoymamalıdır. Çox insanlar, xüsusilə qız uşaqları və qadınlar, müvafiq səhiyyə qayğısı və sanitariya, keyfiyyətli təhsil və əlverişli ev şəraiti imkanlarından hələ də məhrumdur. Çox gənc insanlar bazar tələbatına cavab verən iş və bacarıqlara malik deyillər. Bir çox zəngin və yoxsul ölkələrdə artan bərabərsizlik iqtisadi, sosial və siyasi sahələrdən təcridə gətirib çıxarmış və iqlim dəyişikliyi və biomüxtəlifliyin pozulması daha çox ən yoxsul təbəqəyə zərbə vurması hamıya bəllidir. Bütün bunlar güclü və cavabdeh idarəçiliyin mövcudluğunu labüd edir.



Biz xüsusilə yerli əhali, qoca və əlilliyi olan şəxslər, işsiz, miqrantlar və azlıqlar olmaqla yoxsul əhalini dinləməli və onların maraqlarını nəzərə almaqla fəaliyyət göstərməliyik. Biz onların yoxsulluqdan qurtulmaq və özləri, eləcə də, ailələri üçün daha yaxşı həyat qurmaq uğrunda mübarizəsini dəstəkləməliyik.



Əgər hamı üçün bizim istədiyimiz gələcəyi gerçəkləşdirirksə, təcrid olunmuş əhalinin istəklərini duymalı və müvafiq ölçü götürməliyik. Ötən il, Birləşmiş Millətlər Təşkilatı insanların istədiyi dünya üzrə məhz bənzərsiz qlobal məsləhətləşmələrin təşkil edilməsi ilə məşğul olmuşdur. Hər yerdə yoxsulluğa son qoymaq istiqamətində kursu müəyyən etdiyimiz üçün bu dialoq davam etdirilməli və yoxsul əhalinin aktiv və səbəbli inklyüzivliyi ilə nəticələnməlidir.



Birlikdə biz hər kəsin şərəfli həyat quracağı dayanıqlı tərəqqi, sülh, ədalət və bərabərlik dünyasını yarada bilərik”.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed