Şrift:
Qırğızıstanda Azərbaycan icmaları yoxsul ailələrə bayram ovqatı yaşatdı
17.10.2013 [12:48] - Gündəm, Türk dünyası-Turan
Qurban Bayramı münasibəti ilə Bişkekdə xeyriyyə tədbiri keçirib

Bişkekdə Qırğızstandakı Azərbaycan icmaları Qurban bayramı münasibəti ilə xeyriyyə tədbiri təşkil edib. ANS PRESS-in məlumatına görə, Qırğızstandakı Azərbaycan icmaları, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, Qırğızstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi, “Qırğızıstan Azərbaycanlıları Konqresi” İctimai Birliyi, İssıkkul Azərbaycanlıları “Xəzər” İctimai Birliyi, Kara Baltadakı “Sodrujestvo” Cəmiyyəti dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramını qeyd ediblər.

Xeyriyyə tədbirində 100-dən artıq aztəminatlı ailələrə və kimsəsizlərə, ahıl və tənha vətəndaşlara bayram sovqatı - qurban əti paylanılıb. Müqəddəs bayram münasibətilə keçirilən mərasimdə şəhidlərimizin xatirəsi yad edilmiş, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunub.

İlk hədiyyə olan Qurban sovqatı soydaşlarımızın yığcam yaşadıqları Kant şəhərində imkansız ailələrə verilmiş, ümumilikdə Bişkek və Bişkekətrafı yaşayış məntəqələrində soydaşlarımızın və başqa millətdən olan din qardaşlarımızın 100-dən artıq ailələrinə Qurban sovqatı çatdırılmışdır.

Bişkekin din əhli İlham Zeynalov tədbir iştirakçılarını müqəddəs Qurban bayramı münasibətilə təbrik edərək bunları qeyd edib:

“Bizlərə daim qayğı və dəstək göstərən Prezident İlham Əliyevin seçkilərdə növbəti parlaq qələbəsi hamını sevindirmiş və sözün həqiqi mənasında bayram bayrama qarışmışdır”
Aztəminatlı ailələr onlara göstərilən qayğıya görə xeyirxah əməl sahiblərinə minnətdarlıqlarını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 836 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed