Şrift:
Azərbaycan polisi Moskvada öldürülən soydaşımızın işini nəzarətdə saxlayır
17.10.2013 [12:57] - Gündəm, Hadisə
Hazırda qətli törədən şəxs, yaxud şəxslər axtarılır
Hadisə Ötən gün Rusiyanın paytaxtı Moskva şəhərinin İzmaylovo rayonunda Azərbaycan vətəndaşı olan Ruslan Qaraxanlı qətlə yetirilməsilə əlaqədar Rusiya Daxili İşlər Nazirliyində cinayət işi başlanıb. Moskva polisinin məlumatına görə, Ruslan Qaraxanlının meyiti çoxsaylı bıçaq yarası ilə İzmaylovo rayonunda-ticarət mərkəzinin yanındakı dayanacaqda aşkar edilib. Hazırda qətli törədən şəxs, yaxud şəxslər axtarılır.

Baş vermiş cinayətdən Azərbaycan polisi də narahatdır. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov ANS PRESS-ə açıqlamasında bildirib ki, cinayət Rusiya Federasiyasında törədildiyindən onun istintaq əməliyyatını Moskvanın hüquq-mühafizə orqanları aparır.

“Rusiya Federasiyasında baş vermiş cinayətin bizim ölkəyə birbaşa aidiyyatı yoxdur. Azərbaycan da müstəqil ölkədir. Lakin orada öldürülən bizim vətəndaş olduğu üçün təbii ki, bu məsələ bizi də narahat edir. Azərbaycanın Rusiadakı səfirliyi və Daxili İşlər Nazirliyinin Moskvadakı nümayəndəsi işlə bağlı Rusiyanın hüquq-mühafizə orqanları ilə əlaqə saxlayırlar. Cinayətin üsütünün tezliklə açılması üçün onlara yeri gələndə köməklik də edə bilər”-deyə Ehsan Zahidov bildirib.

Qeyd edək ki, son günlər Moskva sakini Yegor Şerbakovun Biryulovo rayonunda azərbaycanlı tərəfindən qətlə yetirilməsindən sonra Rusiya ilə Azrbaynca arasında vəziyyət gərginləşib.
Bu xəbər oxucular tərəfindən 792 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed