Şrift:
SEPAH-la əməkdaşlıq və terrorda ittiham olunan şəxslərin məhkəməsi keçirilib
18.10.2013 [11:46] - Xəbərlər, Hüquq
Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən “Azadxeber.org” saytının baş redaktoru Nicat Əliyev və digər 9 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prosesdə məhkəmə istintaqının yekunlaşması barədə qərar qəbul edilib. Çıxış üçün söz dövlət ittihamçısına verilib. Lakin o çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bunun üçün proses oktyabrın 24-nə təxirə salınıb.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhd edən 40 nəfər həbs edilib. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub.

Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu – “Sepah”la əməkdaşlıq etdikləri bildirilib.
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed