Şrift:
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etmək üçün noyabrın ilk həftəsində regiona səfər edəcəklər
18.10.2013 [11:55] - Gündəm, Siyasət
Prezidentlərin görüşü noyabrın sonunda baş tuta bilər


ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona növbəti dəfə noyabrın əvvəllərinə səfər edəcəklər.



Diplomatik mənbənin verdiyi bilgiyə görə, vasitəçilər regiona noyabrın ilk həftəsində gələcəklər.



Həmsədrlər səfərlərinə Bakıdan başlayacaq, Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşlər keçirəcəklər. Bakıdan sonra onlar İrəvana yollanacaqlar.



Mənbənin bildirdiyinə görə, səfərin əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səyləri davam etdirmək, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir.



“Vasitəçilər prezidentlərə görüş təklifi etmək niyyətindədirlər. Lakin hər şey tərəflərdən asılıdır. Tərəflər razılıq verəcəyi təqdirdə, görüş noyabrın sonlarında baş tuta bilər”, - deyə mənbə vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed