Şrift:
Bakı-Sumqayıt yolunda tıxac
24.11.2011 [15:36] - Gündəm
Bakı-Sumqayıt yolunda hava şəraitinin qarlı olması səbəbilə böyük, uzun maşın karvanını xatırladan tıxac yaranıb. Davam.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə tıxac səbəbi ilə yollarda avtomobillərin hərəkəti iki saata yaxındır ki, dayanıb. Qeyd edək ki, sərnişinlər şəhərə çıxmaq üçün özləri alternativ yollar axtarmağa çalışırlar. Maraqlı məqam odur ki, yollarda nə qara, nə də buza rast gəlinmir.
Xatırladaq ki, ərazidə hər hansı bir yol polisinə rast gəlinməyib.
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed