Şrift:
BMT TŞ-ya 5 yeni üzv seçildi
18.10.2013 [14:45] - Xəbərlər
5 yeni dövlət Azərbaycandan başqa digər hazırki qeyri-daimi üzvlər Qvatemala, Mərakeş, Pakistan və Toqonu əvəz edəcək

Ölkəmizin müstəqillik dövründə siyasi arenada qazandığı ən böyük uğurlardan biri də 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. 2 illik üzvlük dövrü bu il yekunlaşdığına görə, bu gün Təhlükəsizlik Şurasının yeni qeyri-daimi üzvlərin adları məlum olub. Təşkilatın Baş Assambleyasında keçirilən səsvermənin nəticəsinə görə, Nigeriya, Çad, Səudiyyə Ərəbistanı, Litva və Çili ali qurumun növbəti üzvləri seçilib. Regionlara uyğun şəkildə seçilmiş 5 yeni dövlət ölkəmizdən başqa digər hazırki qeyri-daimi üzvlər Qvatemala, Mərakeş, Pakistan və Toqonu əvəz edəcək.

Çad, Səudiyyə Ərəbistanı və Litva bu vaxta qədər heç vaxt BMT Təhlükəsizlik Şurasında təmsil olunmayıb. Nigeriya və Çili isə hərəyə 4 dəfə şuraya qeyri-daimi üzv olub. Təhlükəsizlik Şurasındakı oturacaqlar böyük strateji-geosiyasi əhəmiyyət kəsb edir və ona üzv olan dövlətə beynəlxalq sülh və təhlükəsizliklə bağlı problemlərdə öz sözünü deməyə imkan verir. Bu kimi problemlərə Suriya vətəndaş müharibəsi, İrana qarşı sanksiyalar, BMT-nin sülhməramlı missiyası kimi məsələləri misal göstərmək olar.
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed