18.10.2013 [15:05] - Gündəm, Siyasət
İrəvana maliyyə dəstəyinə son qoyulmasının səbəbi konkretdir - Ermənistan proqramın standartlarına uyğun gəlmir
Siyasət Ötən ilin dekabrında Ermənistanın baş nazirinin Vaşinqtona səfərindən sonra bu Cənubi Qafqaz respublikasında hesab edirdilər ki, ABŞ "Minilliyin Çağırışı" proqramı çərçivəsində Ermənistana dayandırılmış maliyyəşməni yenidən bərpa edəcək.
İstənilən halda Ermənistan rəhbəliyi həmişə bu vəsaitə böyük ümidlər bağlayır. Amma əfsus ki, Vaşinqtondan İrəvana bununla mənfi cavab gəlib. İrəvana maliyyə dəstəyinə son qoyulmasının səbəbi isə konkretdir - Ermənistan proqramın standartlarına uyğun gəlmir.
Çox güman ki, Amerikanın qərarında Ermənistanın Gömrük İttifaqının daxil olması respublikanin daxili siyasi vəziyyəti və rusiyayönlü xarici siyasətə riayət etmək həlledici rol oynayıb.
Vaşinqton baş nazir Serj Sarkisyanın ABŞ-a gözlənilən səfərini qeyri-müəyyən vaxta təxirə salıb.
Xatırladaq ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri rusiyalı həmkarı Medvedev tərəfindən qəbul edilməyib. Rusiyalı nazir qəbulu öz müavininə həvalə edib.
Yəqin ki, o, məsələnin bu gün o qədər də ürəkaçan vəziyyətdə olmayan ölkəyə Rusiyanın maliyyə köməyi ilə bağlı olduğunu bilib.

Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |