Şrift:
Jurnalistlər üçün bina tikəcək şirkət seçilib
18.10.2013 [16:12] - Gündəm, Sosial
Bu ilin iyul ayında Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş yaşayış binasının açılışı olub. Həmin binanın yanında jurnalistlər üçün daha bir yaşayış binası tikiləcək.

Sentyabrda KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yeni binanın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tender elan edib.

Yeni bina 17 mərtəbəli və 3 bloklu olmalı, burada 1, 2, 3 və 4 otaqlı mənzillər istifadəyə verilməlidir.

Tenderə üç şirkət qatılıb.

Vüqar Səfərli deyib: “Artıq üç şirkət arasından birini seçmişik. Amma həmin şirkətin də bizə verdiyi təkliflərdə ürəyimizcə olmayan məqamlar var. Məsələn, onlar binada 80 mənzilin birotaqlı olmasını təklif edirlər. Biz isə birotaqlı mənzillərin sayının bu qədər olmasını istəmirik. Biz istəyirik binada birotaqlı mənzillərin sayı bundan az olsun. Ona görə də həmin şirkətin irəli sürdüyü təkliflərə düzəliş olunması üçün sənədlərini geri qaytarmışıq. Çünki sənədlər təsdiq olunsa, sonradan onları dəyişmək mümkün olmayacaq, bütövlükdə layihə orada göstərilən eskizlər üzrə hazırlanacaq. Bu səbəbdən arzuladığımız düzəlişləri onların diqqətinə çatdırıb bildirmişik ki, sənədlər üzərində işləyib yenidən təhvil versinlər. Biz çalışırıq ki, hər şey mükəmməl olsun, müəyyən müddət sonra bina ilə bağlı hər hansı problemlər yaranmasın. Qalib şirkətin adı da bütün sənədləşmə işləri bitdikdən sonra açıqlanacaq”.
Bu xəbər oxucular tərəfindən 935 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed