Şrift:
Suriyada atışma nəticəsində üç nəfər ölüb, 30 yaralanıb
19.10.2013 [11:51] - Gündəm, Hərb
Dəməşqın xristian rayonunun cümə günü minomyot atəşi nəticəsində üç nəfər ölüb və 30 nəfər yaralanıb. Bu barədə yerli KİV-lər məlumat verir.
Silahlı şəxslər Suriya paytaxtının tarixi hissəsi- Qədim şəhərdə olan Bab Tuma (Fomanın Qapıları) məhəlləsini atəşə tutublar.
Digər təfərrüatlar hələlik məlum deyil.
Cəbhə xətti şəhər mərkəzindən şərqə doğru yerləşən Bab Tuma məhəlləsindən cəmi bir neçə kilometr aralıda keçir. Bununla əlaqədar terror aktlarının baş verməməsi üçün xristianlar rayon əhalisindən blokpostlar təşkil edib və Qədim şəhərin ərazisinə daxil olan bütün maşınların araşdırılmasını aparırlar.
Bu xəbər oxucular tərəfindən 876 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed