Şrift:
Azərbaycan və Gürcüstan arasında 2014-2016-cı illəri əhatə edən tədbirlər planına dair memorandum imzalanıb
19.10.2013 [12:47] - Gündəm, Gənclik
Gürcüstanın Siqnaxi şəhərində təşkil olunan Azərbaycan və Gürcüstan gənclərinin "Beynəlxalq festival"ı çərçivəsində 18 oktyabr tarixində hər iki ölkənin rəsmiləri arasında 2014-2016-cı illəri əhatə edən tədbirlər planına dair sənəd imzalanıb.
Gənclər və idman nazirliyində verilən məlumata görə, sənədi Azərbaycan tərəfindən Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gürcüstan tərəfindən isə İdman və Gənclər naziri Levan Kipiani imzalayıblar.

Nazir müavini İntiqam Babayev: "Bu sənəd əlaqələrin möhkəmlənməsi, hər iki ölkənin gənclər sahəsində təşkil ediləcək layihələrdə gənclərin daha yaxından və fəal iştirakı üçün böyük imkan yaradacaq. Sənəd əsasında biz iki il ərzində həm Azərbaycan, həm də Gürcüstanda müxtəlif səpkili yeni tədbirlərin keçirilməsinə xüsusi önəm verəcəyik. "

Memorandumdan sonra Azərbaycanın və Gürcüstanın gənclər təşkilatlarının rəsmilərlə görüşü keçirilib. Görüş çərçivəsində bir sıra suallar ətrafında müzakirələr aparılıb.

Memorandomun imzalanmasından öncə isə hər iki ölkənin rəsmiləri Azərbaycan və Gürcüstan idmançıları arasında keçirilən yarışları, eyni zamanda milli rəqsləri seyr edib, milli mətbəxin yüməklərindən daddılar.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed