Şrift:
İran-ABŞ yaxınlaşması: Rusiya niyə narahatdır?
21.10.2013 [12:07] - Siyasət, DAVAMın yazıları
Son 34 il ərzində ilk dəfə İran və ABŞ münasibətlərində inkişaf nəzərə çarpır. Bu tendensiya iki ölkənin dövlət başçıları, Həsən Ruhani və Barak Obama arasındakı 15 dəqiqəlik telefon danışığı, xarici işlər nazirləri Cavad Zərif və Con Kerrinin “5+1” qrupu çərçivəsində görüşü, nəhayət xarici işlər nazirlərinin birbaşa görüşü ilə özünü göstərdi. Bununla belə, gözləmək lazım deyil ki, görüşlər yaxın gələcəkdə prezidentlər səviyyəsində keçiriləcək. Bundan başqa isə İran və ABŞ-ın nüfuzlu siyasi fiqurları arasında Tehran və Vaşinqton arasında birbaşa danışıqlarla bağlı da ciddi fikir ayrılıqları var.

İranın “İras” informasiya agentliyi hesab edir ki, ciddi fikir ayrılıqları bir sıra amillərlə bağlıdır və bu ən azı iki səviyyədə özünü göstərir. Birincisi, iki ölkə, İran və ABŞ-ın daxilində, ikincisi isə bu ölkələrin başqa dövlətlərlə müqavilələrində üzə çıxır. Agentlik qeyd edir ki, İranla bağlı ikinci səviyyədən danışarkən Rusiyanın İrana təsir gücünü nəzərə almaq lazımdır. ABŞ-la bağlı isə belə bir rolu İsrail oynayır. Tərəflərdən hər birinin maraqları İran və ABŞ-dam başqa davranışı tələb edir.

İran – ABŞ: Yaxın Şərqdə paritet

İranın Yaxın Şərq regionunda “kollektiv təhlükəsizliyə” mövqeyinə tərəfdardır. Bu mövqe ayrı-ayrı ölkələrin hegemonluğuna qarşı yönəlmiş siyasətin aparılmasını nəzərdə tutur. Regional dövlətlər və müxtəlif siyasi qruplar İranın dəstəyindən istifadə edir və Suriya onun əsas partnyorlarından biridir. ABŞ-ın isə bütün dünya, xüsusilə Yaxın Şərqdə güclü təhlükəsizlik maraqları var. Buna görə də iki dövlətin arasında ziddiyyətlər tamamilə təbiidir. Asiya-Sakit okean regionunda Çin intensiv inkişaf edir. ABŞ xüsusi xidmət orqanlarının məlumatlarını nəzərə alsaq, deyə bilərik ki, Çin 2030-cu ilə qədər müxtəlif göstəricilər üzrə ABŞ-ı ötəcək. Bu baxımdan Vaşinqton Asiyanın şərq və cənubi-şərq hissəsində öz siyasətini gücləndirəcək. Gözləmək lazım deyil ki, bu dəyişiklik İran və ABŞ arasında yaranmış gərginliyi azaldacaq. Birləşmiş ştatlar İsrailin təhlükəsizliyi təmin etməyə çalışacaq və bunu Barak Obama BMT Baş Assambleyasının 68-ci sessiyasındakı çıxışında da göstərdi. Vaşinqton Yaxın Şərqdə hərbi-iqtisadi hədəfləri təqib edir.

Bütovlükdə, ABŞ-ın xarici siyasəti şəxsi təhlükəsizliyin təmin olunması məqsədi daşıyır. Bu siyasət ümumilikdə ordu və kəşfiyyatın köməyi ilə həyata keçirilir. Təhlükəsizlik problemi və Yaxın Şərqdə strateji mövqeyinin qorunmasından başqa, energetika və regionun iqtisadi məsələləri də ABŞ üçün xüsusi əhəmiyyət daşıyır. İran üçün isə birinci yerdə, iqtisadi inkişafı deyil, şəxsi təhlükəsizliyi dayanır. İki dövlət arasında təhlükəsizlik planda hələ ciddi çağırışlar mövcuddur, energetika və iqtisadiyyat onlar arasında münasibətlərin nizama salınması və gərginliyin azalması üçün yeni amili ola bilər. Ancaq Tehran və Vaşinqton arasında gərginliyin azaldılmasına başqa amillər də edə bilər. Söhbət həm də ABŞ-ın regiondakı müttəfiqləri Türkiyə və Səudiyyə Ərəbistanı ilə İranın münasibətlərindən gedir.

ABŞ-ın müttəfiqıləri Səudiyyə Ərəbistanı və Türkiyə ilə aparılacaq “dost diplomatiyası" İrana onun haqqındakı neqativ fikirlərin dəyişdirilməsinə kömək edə bilər. Ən azından, onların lobbisi ABŞ-ın İranla bağlı siyasətinə dəyişiklik gətirə bilər. “Dost diplomatiyası”nın birinci jesti isə Hudzon çayın kənarı ilə Türkiyə prezidenti Abdulla Güllə İran xarici işlər naziri Cavad Zərifin gəzintisi idi. Unutmaq lazım deyil ki, birbaşa danışıqların perspektivinə İran və ABŞ ictimaiyyətinin baxışı da xüsusi əhəmiyyət daşıyır. United Press International (UPI) informasiya agentlinin keçirdiyi son sorğuya görə 25 faiz amerikalı əmindir ki, ən yaxın aylarda İrano-ABŞ münasibətləri yaxşılaşacaq. Respondentlərin üçdə biri əmindir ki, bu münasibətlər daha pis olacaq, 40 faizi güman edir ki, münasibətlər əvvəlki səviyyədə qalacaq. Hər halda unutmaq lazım deyil ki, İran və Qərb ölkələrinin münasibətlərində gərginlik bir sıra əhəmiyyətli nəticələr doğuracaq. Xüsusi halda Rusiya dünyadakı mövqeyini yenidən fikirləşir və ABŞ hegemonluğuna qarşı olaraq öz siyasətini yenidən qurur.

Rusiyanın və İranın siyasəti

Əksər hallarda Rusiya və İran ABŞ-ın siyasətini qiymətləndirir, beynəlxalq problemlərlə bağlı Moskva və Tehranın mövqeləri üst-üstə düşür. Bunun ən bariz nümunəsi Suriyada oldu. Bunun müəyyən mənada İranın nüvə problem ilə bağlı da demək olar. Baxmayaraq ki, İranda Rusiyanın mövqeyini tez-tez tənqid edirlər, çünki Moskva İrana qarşı olan sanksiya və qətnamələri dəstəkləyir. Bu tənqidlərə baxmayaraq, regional və beynəlxalq məsələlər üzrə hər iki ölkənin mövqelərinin oxşarlığı tamamilə aşkardır. Məsələn, Rusiya və İran Şərqi Avropada raket müdafiə sistemlərinin qurulmasına, dünyanın müxtəlif regionlarında. Xüsusi olaraq Fars körfəzində ABŞ və NATO-un hərbi təsirinin artmasına qarşıdır. Ancaq Suriya problemi üzrə mövqelərin oxşarlığına baxmayaraq, Rusiya və İran hər hansı bir ittifaqda birləşə bilmədi. Məsələ odur ki, Rusiya ABŞ və Qərb haqqında İranın dünyagörüşüsünün qərəzlili olduğuna inanır. Məhz bu məsələ İranın Rusiya ilə münasibətlərinə mənfi təsir göstərir və Kremldə daha az adam İranla strateji ittifaqı qurma imkanına inanır. Amma hər iki ölkə bir-birinin maraqlarını ən müxtəlif sferalarda sakitcə təmin edə bilərdi. Bir vacib aspect ondan ibarətdir ki, Rusiya heç də regional səviyyədə İranın təsirini artırmaq niyyətində deyil. Rusiya liderləri güman edirlər ki, Tehran və Vaşinqtonun yaxınlaşması öz meyvələrini gətirəcək. Belə ki, hansısa Rusiya-İran ittifaqının qurulması imkanlarını minimuma yaxınlaşacaq. Daha bir vacib amil odur ki, Rusiya post-sovet dövründə hələ də ləyaqətli strateji müttəfiq tapa bilməyib. Bu səbəbdən də bəzi İran ekspertləri və analitiklər Rusiyaya az etibar edirlər, xüsusilə uzunmüddətli perspektivdə. Bunun üçün onların kifayət qədər əsasları var.

İran və ABŞ-ın nisbi yaxınlaşmasını Rusiya liderləri ölkənin milli maraqlarına zidd hesab edirlər. Çox güman ki, Rusiyanın buna reaksiyası özünü çox gözlətməyəcək.

Ömər Dağlı
Bu xəbər oxucular tərəfindən 1211 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed