Şrift:
Azərbaycanda aktyor səhnədə dünyasını dəyişib
24.11.2011 [17:51] - Gündəm
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elxan Qurbanov səhnədə dünyasını dəyişib. Aktyorun ürək çatışmazlığından vəfat etdiyi bildirilir.


Teatrdan faktı təsdiqləyiblər və aktyorun meyitinin hələ də teatrda olduğunu deyiblər. Verilən məlumata görə, aktyorun bu gün saat 16:30 radələrində, elə səhnədə məşq zamanı ürəyi dayanıb. Bu gün premyerası keçirilməsi nəzərdə tutulan “Romeo və Cülyetta” tamaşasının premyerası da məhz bu səbəbdən təxirə salınıb. Mərhum aktyor bu tamaşada Piter rolunu canlandıracaqmış. Teatrdan verilən məlumata görə, hazırda meyitin üzərində ekspertiza aparılır.

Qeyd edək ki, Elxan Hacıbaba oğlu Qurbanov 1952-ci ildə Bakıda anadan olub. Dram və kino aktyoru olan E.Qurbanov bir neçə film, serial və reklamlarda çəkilib. Son dövrlər E.Qurbanov “Biz qayıdacağıq”, “Günaydın mələyim”, “Küçələrə su səpmişəm” filmlərində rol alıb.
Bu xəbər oxucular tərəfindən 1072 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed