22.10.2013 [11:41] - Gündəm, İdman
Azərbaycanın tanınmış gimnastları Lalə Yusifova və Marina Durunda Avropada həftəsonu keçirilmiş beynəlxalq yarışlarda çox gösəl çıxış ediblər.
Azərbaycan Gimnastika Federasiyasından çərşənbə axşamı verilən məlumata görə, Desioda (İtaliya) A1 seriya klubları arasında ənənəvi İtaliya çempionatı start götürüb.
Marina Durundanın çıxış etdiyi "Armonia di Abrutsso" klubu (Kyet) hesabat turun qalibi olub. Bu qələbədə Azərbaycandan olan gimnastın çıxışı həlledici amil olub. Belə ki, Durunda topla tapşırığa görə 17,8 bal toplayıb. Bu, komanda yoldaşları arasında ən yüksək, çempionatda isə ikinci nəticə olub. "Armonia di Abrutsso" klubu cəmi 98,35 bal toplayıb və hesabında 25 xal var.
Klub "Gimnastika"nı (San-Corciyo) 3 xal qabaqlayır. Bu komandanı isə arxasınca Ukraynadan olan dünya çempionu Qanna Rizatdinova aparır. İkinci tur noyabrın 2-də Aretsso şəhərcəyində baş tutacaq.
Komanda yoldaşından fərqli olaraq, Lalə Yusifova hər dörd alətlə çıxış edib. O, Berlində Qran-prinin yekun mərhələsində gürzlərlə finalda bürünc medal qazanıb. Lalə hakimlərdən 17,15 bal alıb və iki rusiyalı gimnast Darya Svatkovskaya və Marqarita Mamundan geri qalıb. Sonuncu Qran-prinin mütləq qalibi olub. Top və lentlə finallarda Yusifova 4-cü, halqa və çoxnövçülükdə isə 6-cı olub.
Milli komandanın baş məşqçisi Mariana Vasilevanın sözlərinə görə, Avropa auditoriyası Lalə və Marinanı çox gözəl qəbul edib: "Onlar getdikcə yaxşı və özünlərinə əmin çıxış edirlər. Bir çox mütəxəssislər isə gimnastlarımız barədə yaxşı fikirdədirlər. Artıq bu həftə Yusifova və Durunda, həmçinin yunior Jalə Piriyeva "Neftçi"nin tərkibində Tokioda klub çempionatında iştirak edəcəklər".
Portuqaliyada isə yuxarı yaş qrupları arasında akrobatika üzrə Avropa yarışı başa çatıb. Turnirdə iştirak etmiş Lalə Hüseynova-Xoşqədəm Quliyeva cütlüyü təsnifatda 12-ci yeri tutub. Cütlüyün finala çıxması üçün yarım bal çatışmayıb. Onlardan sonra yeniyetmələr arasında Avropa çempionatında Aynur Hüseynova-Nərmin Ramazanova və Elçin Əlibəyov-Emin Gülməmmədli cütlükləri çıxış edəcəklər.

Bu xəbər oxucular tərəfindən 1133 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |