Şrift:
Azərbaycan və İran arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi müzakirə olunub
22.10.2013 [12:21] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə İranın Culfa və Hadişəhr şəhərlərinə səfər edib. Bu barədə Azərbaycanın Təbrizdəki baş konsulluğundan məlumat verilib.
Məlumata əsasən, səfər zamanı Əlizadə İranın Culfa və Hadişəhr inzibati dairəsinin icra hakimiyyətinin başçısı Muxtar Seyfi ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, bu istiqamətdə vaxtaşırı görüşlərin təşkili məsələləri müzakirə olunub.
Görüşdə, həmçinin vətəndaşların Culfa-Culfa sərhəd keçid məntəqəsindən gediş-gəlişinin daha da sadələşdirilməsi ilə bağlı hər iki tərəfdə mütəmadi aparılan işlərdən və ortaya çıxan məsələlərin operativ həllindən məmnunluq ifadə olunub.
Bu xəbər oxucular tərəfindən 1025 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed