24.11.2011 [17:55] - Gündəm
Azərbaycan ərazisində noyabrın 24-ü üçün analoji hava şəraiti 1950 və 1957-ci illərdə qeydə alınıb
“Çoxillik meteoroloji müşahidələrə görə, Azərbaycanda 1896-cı ildən indiyə qədər noyabr ayının 24-ü üçün analoji hava şəraiti 1950 və 1957-ci illərdə qeydə alınıb”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, noyabrın 23-ü axşamdan Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisinə Mərkəzi Rusiya ərazisindən çox soyuq antisiklonun daxil olması nəticəsində hava şəraiti dəyişib, noyabrın 24-nə keçən gecə isə kəskinləşib: “Hazırda respublikanın əksər rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur, sulu qar, qar yağır. Bir çox rayonlarda yağıntının miqdarı artıq aylıq normaya çatıb. Belə ki, Sumqayıtda düşən yağıntının miqdarı 23 mm təşkil edib. Bu da aylıq normanın 83 faizidir. Bakıda aylıq normanın 48 faizi qədər yağıntı qeydə alınıb. Səhər saatlarında qar örtüyü Altıağacda 26 sm, Qubanın Təngəaltı kəndində 24 sm, Xaltanda 22 cm, Xınalıqda isə 15 sm təşkil edib. Bir çox rayonlarda artıq qar örtüyü əmələ gəlib”.
U. Tağıyeva bildirib ki, proses eyni zamanda güclü küləklə müşahidə olunub: “Küləyin maksimal sürəti Abşeron yarımadasında 32 m-ə çatıb, “Neft daşları” stansiyasının məlumatına əsasən, açıq dənizdə dalğanın hündürlüyü 6,4 metrə çatıb. Bu prosesin ən əlverişsiz günü bu gün hesab olunur. Noyabrın 25-i səhər saatlarından başlayaraq əvvəlcə respublikanın qərb, gündüz isə şərq rayonlarında yağıntılar tədricən kəsiləcək. Müşahidə olunan güclü külək sabah gündüz saatlarında mülayimləşəcək”.
Lakin bu gecə Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə əlaqədar gecə saatlarında minimal temperatur 0-4 dərəcə şaxta təşkil edəcək. Buna görə də noyabrın 24-nə keçən gecə və 25-də səhər saatlarında yolların buz bağlaması gözlənilir: “Bu barədə bütün əlaqədar təşkilatlara məlumatlar çatdırılıb”.

Bu xəbər oxucular tərəfindən 1547 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |