Şrift:
Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında dəyişiklik layihəsi qəbul olunub
22.10.2013 [14:40] - Xəbərlər, Gündəm
Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" dəyişiklik layihəsi müzakirə olunub.
Layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.



Qanunun 9.2-ci maddəsində edilən dəyişikliyə əsasən maddə yenilənib bu redaksiyada veriləcək: “Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilir”.



Layihə səsə qoyularaq qəbul olunub.
Bu xəbər oxucular tərəfindən 967 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed