Şrift:
Gülüstan müqaviləsinin 200 illiyi ilə bağlı dəyirmi masa keçirilib
22.10.2013 [14:57] - Xəbərlər, Gündəm
Bu gün Azərbaycan Tarixçiləri İctimai Birliyi tərəfindən təşkil edilən “Gülüstan müqaviləsinin 200 illiyi: az öyrənilmiş tarix səhifələri regional geosiyasət baxımından” mövzusunda dəyirmi masa keçirilib.



Tədbirdə tarixçilər, ekspertlər və icmalçılar iştirak edib. Dəyirmi masanın məruzəçisi tarix elmlər doktoru, professor Süleyman Əliyarlı olub.



S.Əliyarlı mövzu ətrafında geniş çıxış edərək bildirib ki, 200 il əvvəl imzalanan Gülüstan müqaviləsi bu gün ancaq tarixi əhəmiyyət kəsb edir, çünki Türkmənçay müqaviləsi imzalandıqdan sonra bu müqavilə öz qüvvəsini itirdi: “Lakin buna baxmayaraq, Gülüstan müqaviləsi regionun geosiyasi xəritəsini dəyişdirdiyinə görə biz onun əhəmiyyətindən danışa bilərik”.



Qeyd edək ki, Gülüstan müqaviləsi 1813-cü ilin 12 oktyabrında İran və Rusiya arasında imzalanıb. Bu sülh müqavilənin şərtlərinə əsasən, Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərti ilə yerdə qalan bütün xanlıqlar (Talış, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilib. Hazırda İran siyasətçiləri bu müqaviləni yenidən nəzərdən keçirməklə Azərbaycan ərazisini özlərinə qaytarmaq iddiaları irəli sürürlər. Hətta İran parlamentində bununla bağlı müzakirələrin keçirilməsi də planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 975 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed