22.10.2013 [16:36] - Gündəm, Hərb
Aşurbəyli - Rusiyanın kosmik hava sipərinin yaranmasında etiraf olunmuş avtoritetlərdən biri
Rusiya üçün Azərbaycan yalnız miqrant, bir parça çörək dalınca öz əzələlərini bazara çıxaran Orxan Zeynolov olmamalıdır. Azərbaycan həm də Müslüm Maqomayevdir, Tahir Salahovdur… Rusiyada Azərbaycan həm də Tümenin fatehi, məşhur neftçi Fərman Salmanovdur.Rusiyada Azərbaycan həm də Qaqarin başda olmaqla böyük bir kosmonavt ordusunu əmrlə kosmosa yola salan və onun qayıdış raportunu qəbul edən əfsanəvi general Sovet ittifaqı Qəhrəmanı Kərim Kərimovdur.
Azərbaycan-Rusiya Dövlət Atom Gəmiçilik Mərkəzinin Prezidenti, Sankt-Peterburq mühəndis akademiyasının həqiqi üzvü, Rusiyanın Milli Qəhrəmanı Davud Paşayevdir. Azərbayjan həm də İqor Aşurbəylidir. Yəqin yaxşı tanımadınız. Onda tanış edək.
İqor Rauf oğlu Aşurbəyli. Məşhur Aşurbəylilər nəslindən, nəcabətindən olan İqoru tam haqqına zadəgan adlandırmaq olar. Amma biz onun Rusiyaya bağlılığı və bu dövlətə xidmətlərindən danışacağıq. İqor Rauf oğlu. Rusiyanın kosmik hava sipərinin yaranmasında etiraf olunmuş avtoritetlərdən biri. Texnika elmləri doktoru, mühəndis və hərbi elmlər akademiyalarının həqiqi üzvü, kosmik-hava müdafiəsi problemləri üzrə ekspertlər şurasının sədri. Zenit-raket sistemlərinin ən son modifikasiyaları məhz onun rəhbərliyi ilə yaranıb. Elm və texnika sahəsində o hökumətin çoxlu təltifləri, orden və rütbələr sırasında Rusiyada İlin Adamı milli mükafatını da alıb.
Rusiya Dövlət Duması sənaye komitəsinin sədri Sergey Sobko Aşurbəyovu belə xarakterizə edir:
«O əsil vətənpərvər və dövlətçidir. İndi sıfır dövrü adlandırdığımız o çətin illərdə məhz Aşurbəyovun istedadı və təşkilatçılıq qabiliyyəti sayəsində Almaz strateji müəssisəsi yarandı».
«Almaz»ın rəhbərlərindən biri Nikolay Polyaşev o dövrü belə xatırlayır: «Bizi küçüyü soyuq suya atan kimi vəhşi bazara atmışdılar. Bizim görkəmli alimlərimiz və mühəndislərimiz hərbi zavodlarla,obrazlı desək, qazan düzəltməklə məşğul idilər. Müdafiə nazirliyi öz sifarişlərini ödəyə bilmirdi. Əksəriyyətə elə gəlirdi ki, bu vəziyyətdən çıxmaq artıq mümkün olmayacaq. Amma belə düşünməyən bir adam tapıldı. O İqor Rauf oğlu Aşurbəyli idi».
Onun rəhbərliyi altında zenit raket sisteminin ən yeni modifikasiyaları- S-300 Favorit meydana çıxdı. Unikal taktiki-texniki xarakteristikaya malik zenit –raket sistemi olan S-400 Triumf sınaqdan çıxarılaraq Silahlı Qüvvələlərin istifadəsinə verildi. S-300 Favorit və S-400 Triumf sistemləri bu gün də dünyada ən yaxşılar sayılır. Aşurbəyovun uğur düsturu daha bir neçə məsələnin həllini mümkün etdi: S-500 sistemi. Vityaz, Morfey və s . ... İqor Aşurbəylinin əli bu gün də raket əleyhinə müdafiə və hava hücumundan müdafiə qüvvələrinin nəbzindədir. 2011-ci ildən onun rəhbərlik etdiyi kosmik-hava müdafiəsi problemləri üzrə ekspetrlər şurasında Rusiya Elmlər Akademiyasının 6 akademiki, 40 elmlər doktoru, 35 elmlər namizədi və 200-dən artıq elmi işçi məhz azərbaycanlının əlinə baxır.
Təssüf ki, Rusiyada bir çoxları azərbaycanlını göyərti ilə, xiyar-pomidorla, yemiş-qarpızla bir qabda təsəvvür edirlər. Amma azərbaycanı şüuru, azərbayjanlı idrakı yalnız göyərti satmır.Yoldaş Rusiya azərbaycanlı şüurunun bəhrəsi olan S-300-ü şəxsən özü satır… Azərbaycan bundan nə xeyir görür ki? Bəs bu bazar bazar deyil? Bəlkə onu da bağlamaq lazımdır.

Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |