Şrift:
Misirdə fironlar dövrünə aid məzarlıq tapılıb
23.10.2013 [10:33] - Xəbərlər, Mədəniyyət
Misirin paytaxtı Qahirənin cənub-qərbindəki Giza şəhərində V Fironun dövründə yaşadığı güman edilən bir saray həkiminə aid məzarlıq tapılıb. Bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verir.
Tarixi abidələr naziri Məhəmməd İbrahim bildirib ki, çexiyalı mütəxəssislərlə birgə aparılan arxeoloji qazıntılar nəticəsində Gizada Cubanə Əbu Seyr adlı ərazidə eramızdan əvvəl 2498 və 2345-ci illər arasında Misirə başçılıq edən V Fironun dövründə yaşayan saray təbiblərindən Hbsskaf Ankha aid olduğu ehtimal edilən məzarlıq tapılıb.
Məzarlığın uzunluğu 21, eni 14, hündürlüyü isə 4 metrdir.
Bu xəbər oxucular tərəfindən 891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed